İnsan sərbəstdir
11 Demə ki: «Yoldan azmağım Rəbb
tərəfindən oldu»,
Çünki O, nifrət etdiyi şeyi etməyəcək.
12 Demə ki: «Rəbb məni yanlış yola
apardı»,
Günah edən adam Onun nəyinə gərəkdir?
13 Rəbb bütün iyrənc şeylərə nifrət edir,
Ondan qorxanların bu şeylər xoşuna
gəlməz.
14 O, başlanğıcda insanı yaratdı,
Qərar verməyi onun öz ixtiyarına buraxdı.
15 Əgər istəsən, əmrlərə riayət edərsən,
İmanı icra etmək yaxşı əməldir.
16 Rəbb od və suyu sənin önünə qoyub,
Hansına istəsən, əlini uzada bilərsən.
17 Həyat və ölüm insanın önündədir,
Hansını arzulasa, ona veriləcək.
18 Çünki Rəbbin hikməti böyükdür,
O, Öz hökmündə qüdrətlidir və hər şeyi
görür.
19 Rəbbin nəzəri Ondan qorxanların
üzərindədir,
O, insanların bütün əməllərini bilir.
20 Rəbb heç kəsə dinsiz olmağı
buyurmadı,
Heç kəsə günah etməyə izin vermədi.
16
Dostları ilə paylaş: |