Kainatda insan
24 Məni dinlə, övladım, biliyi qəbul et,
Sözlərimi ürəyində saxla.
25 Mən təlimi dəqiq açıqlayacağam,
Biliyi dürüst bəyan edəcəyəm.
26 Rəbb başlanğıcda Öz işlərini edəndə
Hər şeyin vəzifəsini təyin etdi.
157
27 O, Öz işlərinə əbədi olan bir nizam
qoydu ki,
Başlanğıcdan nəsillər boyu davam etsin.
Onun yaratdıqları aclıq çəkməz və
yorulmazlar,
Öz fəaliyyətlərini dayandırmazlar.
28 Onların heç biri öz qonşusunu
sıxışdırmaz,
Heç vaxt Onun əmrindən çıxmaz.
29 Bunlardan əlavə, Rəbb yer üzünə nəzər
saldı,
Onu Öz nemətləri ilə doldurdu.
30 Hər cür canlı varlıq torpağın üzərini
bürüdü,
Onlar axırda torpağın qoynuna da
qayıdırlar.
17
1 Rəbb insanı torpaqdan yaratdı,
Sonra yenə onu torpağın qoynuna qaytarır.
2 O, insanlara beş günlük ömür verdi,
Onlara dünyada olanlar üzərində səlahiyyət
verdi.
3 O, insanlara Özündə olan qüvvə kimi
qüvvət bəxş etdi,
Onları Öz surətinə görə yaratdı.
4 Bütün varlıqların canına insanın
qorxusunu saldı,
İnsanı heyvanlara və quşlara hökmran etdi.
5 İnsanlar Rəbdən beş duyğu aldılar,
O, altıncı duyğu kimi onlara dərketmə,
Yeddinci duyğu kimi ağılla ayırd etmə,
Öz davranışını izah etmə qabiliyyəti
verdi.
p
6 O, insanlara ağılla ayırd etmə, dil, gözlər
və qulaqlar verdi,
Düşünmələri üçün onlara beyin verdi.
7 O, insanları bilik və idrakla doldurdu,
Onlara yaxşı ilə pisi göstərdi.
8 İşlərinin əzəmətini onlara göstərmək
üçün
Ürəklərinə Öz bəsirətini verdi.
9 İnsanlar Onun xariqələri ilə
öyünəcəklər.
q
10 Onun işlərinin əzəmətini bəyan etmək
üçün
Onun müqəddəs adına şükür edəcəklər.
11 Bundan başqa, O, insanlara biliyi
təqdim etdi,
Həyat qanununu onlara irs olaraq verdi.
12 Əbədi əhdi onlarla qoydu,
Öz hökmlərini onlara göstərdi.
13 İnsanların gözləri Onun əzəmətli
izzətini gördü,
Qulaqları Onun izzətli səsini eşitdi.
14 Rəbb insanlara dedi: «Bütün
haqsızlıqlardan çəkinin»,
O, hər kəsə qonşusu barədə göstəriş verdi.
Müqəddəs hökm
15 İnsanların əməlləri həmişə Onun
önündədir,
Bunlar Onun gözündən gizlənə bilməz.
16 Onların əməlləri cavanlıqlarından bəri
pisliyə meyil edir,
Öz daş ürəklərini həlim ürəyə çevirməzlər.
r
17 Rəbb bütün yer üzünün millətlərinin
hamısını bir-birindən ayırmışdır.
s
Hər millətə bir rəhbər təyin etmişdir,
Amma İsrail Rəbbin payıdır.
18 O, Rəbbin ilk doğulanı olduğuna görə
Onu məhəbbət işığı və tərbiyə etməklə
bəsləyər,
Onu tərk etməz.
t
19 İnsanların bütün işləri Rəbbin önündə
günəş kimi aşkardır,
Onun gözləri daima insanların yollarını
izləyər.
20 Onların haqsızlıqları Ondan gizli deyil,
Bütün günahları Rəbbin önündədir.
21 Amma iltifatlı olan və Öz məxluqlarını
tanıyan Rəbb
Onları tərk etmədi,
Əksinə, onları əsirgədi.
u
22 Bir insanın sədəqə verməsi
158
Rəbb üçün bir möhür üzüyü qədər
əhəmiyyətlidir,
O, insan mərhəmətini gözünün bəbəyi kimi
sevər.
23 Rəbb bir gün qalxıb insanlara əvəz
verəcək,
İnsanlar layiq olduqlarının əvəzini
alacaqlar.
24 Amma O, tövbə edənlərin geri
dönməsinə imkan verir,
Dözümünü itirənləri ruhlandırır.
Dostları ilə paylaş: |