edəndə
məzəmmət etmə,
Ya da bir bəxşiş verəndə acı sözlər demə.
16 Şeh istiliyi azaldar,
Yaxşı söz də elədir,
O, bəxşişdən yaxşıdır.
17 Məgər söz gözəl bir hədiyyədən üstün
deyilmi?
Şəfqətli insan bunların hər ikisini edir.
18 Ağılsız adam mərhəmətsizliklə
məzəmmət edəcək,
Könülsüz verilən bəxşiş başqalarının
gözünə pis görünəcək.
Özünü sınamaq 19 Danışmazdan əvvəl öyrən,
Xəstə olmazdan əvvəl özünə yaxşı bax.
20 Hökm gəlməzdən qabaq özünü sına,
Onun gəldiyi zaman bağışlanma alarsan.
21 Nə qədər ki xəstələnməmisən, özünü
həlim et,
Günah edəndə tövbə et.
22 Verdiyin vədə vaxtında əməl etməkdə
Heç bir şey sənə mane olmasın,
Ölümünü gözləmə ki, vədindən azad
olasan.
23 Vəd verməzdən əvvəl özünü hazırla,
Rəbbi sınağa çəkən insan kimi olma.
24 Son günündə rastlaşacağın qəzəbi indi
yada sal,
Rəbb üz döndərəndə qisas anı barədə
düşün.
25 Toxluq vaxtında ac vaxtını,
Varlı vaxtında yoxsulluğu və ehtiyacı yada
sal.
26 Səhərdən axşama qədər vaxt dəyişir,
Rəbbin önündə hər şey tez keçib-gedir.
27 Müdrik insan hər şeydə ehtiyatlı olar,
Günah ətrafda olanda səhv etməməyə
diqqət edər.
28 Hər ağıllı insan hikməti dərk edər,
Onu əldə edənlərə alqış edər.
29 Sözləri idraklı olan adamların özləri də
müdrik olurlar,
Münasib məsəllər söyləyirlər.