Hər eşitdiyinə inanma
13 Dostundan soruş, bəlkə, heç bu işi
etməyib,
Əgər edibsə, qoy bir daha etməsin.
14 Qonşundan soruş, bəlkə, heç deməyib,
Əgər deyibsə, qoy bir daha deməsin.
15 Dostundan soruş, çünki çox vaxt böhtan
olur,
Hər eşitdiyinə inanma.
16 İnsan bəzən yanılır, amma bunu qəsdən
etmir.
Dili ilə günah etməmiş adam varmı?
17 Qonşunu hədələməkdən əvvəl ondan
soruş,
Uca Olanın qanununun yerinə yetməsinə
imkan ver.
18 Rəbb qorxusu Onun tərəfindən qəbul
olunmağın başlanğıcıdır,
Müdriklik isə Ondan gələn məhəbbəti
gətirir.
19 Rəbbin əmrlərini bilmək həyat
təlimidir,
Ona xoş gələn şeyləri edənlər
Ölməzlik ağacının meyvəsindən zövq
alacaqlar.
z
Dostları ilə paylaş: |