Deuterokanonik kitabları Yoxlama versiyası


Susmaq və danışmaq barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə223/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   219   220   221   222   223   224   225   226   ...   304
Barux

Susmaq və danışmaq barədə
1 Elə məzəmmət var ki, vaxtında edilmir,
Elə susan adam var ki, dərrakəlidir.
2 Məzəmmət
 
etmək
 
içində
qəzəblənməkdən yaxşıdır.
3 Kim öz səhvini etiraf edir, alçalmaqdan
qorunacaq.
4 Məhkəməni   udmaq   üçün   zor   işlədən
adam
Bir   qızın   bakirəliyini   pozmaq   istəyən
xədimə bənzəyər.
5 Elə adam var ki, sakit qalır və müdrik
sayılır,
Eləsi   də   var,   çox   danışdığı   üçün   nifrət
qazanır.
6 Eləsi   var,   nə   cavab   verəcəyini
bilmədiyindən susur,
Eləsi   də   var,   danışmağın   vaxtını
bildiyindən sakit qalır.
7 Müdrik insan münasib vaxta qədər səssiz
qalar,
Təkəbbürlü   və   səfeh   isə   münasib   vaxtı
əldən buraxar.
8 Çox danışan adamdan ikrah edilər,
Danışmaq   səlahiyyəti   istəyən   kəsdən
hamının zəhləsi gedər.
 
9 Pis bir hadisədə insan uğur qazana bilər,
İtkidə uğur ola bilər.
10 Elə bəxşiş var ki, sənə fayda gətirməz,
Elə bəxşiş də var ki, ikiqat mükafat gətirər.
11 Elə   izzət   var   ki,   alçalmaya   gətirib
çıxarır,
Elə alçalma da var ki, izzətə qaldırır.
12 Az pulla çox şey alan adam da var,
Amma sonra buna yeddi qat xərc çəkir.
13 Müdrik   insan   sözləri   ilə   hamının
rəğbətini qazanar,
Səfehin lütfü isə boşa çıxar.
14 Səfeh   adamın   bəxşişi   sənə   xeyir
gətirməz,
Çünki   bir   şeyin   müqabilində   çox   şeydə
gözü qalar.
15 O, az verər və çox minnət qoyar,
Carçı kimi ağzını açar.
Bu gün sələm verib sabah geri istəyər,
Beləsi Rəbdə və insanlarda ikrah oyadar.
16 Axmaq   adam   deyər:   «Mənim   dostum
yoxdur,
Xeyirxahlıqlarımın
 
müqabilində
minnətdarlıq edilmir.
17 Çörəyimi yeyənlər dalımca danışırlar».
Beləsinə həmişə hər kəs gülər!

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin