Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə226/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   222   223   224   225   226   227   228   229   ...   304
Barux

Günah barədə xəbərdarlıq
1 Övladım, əgər günah etdinsə, bunu daha
davam etdirmə,
Əvvəlki   günahların   üçün   də   bağışlanma
dilə.
2 İlanın əlindən qaçan kimi günahdan qaç,
Əgər ona yaxınlaşsan, səni sancar.
Onun dişləri aslanın dişləri kimidir,
Adamların həyatını məhv edir.
3 Qanunsuzluq ikiağızlı qılınca bənzəyər,
Onun vurduğu yaraya şəfa yoxdur.
 
4 Dəhşət   və   zorakılıq   zənginliyi   viran
qoyar,
Eləcə də təkəbbürlülərin evi viran qalar.
5 Yoxsulun   dilindən   çıxan   yalvarışını
Allahın qulağı eşidər,
Onun barəsində qərar tez gələr.
6 Məzəmmətə   xor   baxan   kəs   günahkarın
izi ilə gedər,
Rəbdən qorxan şəxs ürəkdən peşman olar.
7 Dildən pərgar adam məşhur olar,
Amma düşüncəli kəs onun çaşmasını görər.
 
8 Özgəsinin pulu ilə özünə ev tikən adam
Öz   məzarı   üçün   daş   toplayan   kəsə
bənzəyər.
9 Qanuna   riayət   etməyən   adamların
toplantısı
Bir yumaq ip kimidir,
Onların axırı od alovudur.
10 Günahkarların   yolu   daş   döşənərək
hamarlanmış bir yoldur,
Amma   onun   axırında   ölülər   diyarının
quyusu var.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin