Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə230/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   226   227   228   229   230   231   232   233   ...   304
Barux

Dostluq barədə
 
19 Gözə zərbə vursan, göz yaşı axıdarsan,
Ürəyə zərbə vursan, duyğuları oyadarsan.
20 Quşlara   daş   atsan,   onları   ürküdüb
uçurdarsan,
Dostunu təhqir etsən, dostluğu qırarsan.
21 Dostunun   üstünə   qılınc   çəkdinsə,
ümidini itirmə,
Onu özünə yenə də dost edə bilərsən.
22 Dostuna qarşı dilini işə saldınsa, təlaş
etmə,
Barışmaq mümkündür.
Amma   təhqir,   lovğalıq,   sirr   faş   etmək,
xaincəsinə zərbə –
Bütün bunlar dostu səndən qaçırar.
23 Qonşun   yoxsul   olanda   onun   etimadını
qazan,
Çünki bir vaxt o, uğur qazananda
Sən də onun rifahına şərik olarsan.
Onun kədərli günlərində yanında ol,
O, miras əldə edəndə sən də payını alarsan.
24 Alovdan əvvəl ocaqdan buxar və tüstü
qalxdığı kimi,
Təhqirlər   də   qan   töküləcəyindən   xəbər
verir.
25 Dostu qorumaqdan utanmaram,
Onun önündən gizlənmərəm.
26 Əgər   dostun   ucbatından   başıma   bir
pislik gəlsə,
Bunu eşidən hər kəs ondan özünü gözləyər.
Ayıqlıq barədə
27 Kim mənim dilimə keşikçi qoyar,
Ağzıma kamal möhürü vurar ki,
Mən onların vasitəsilə yıxılmayım,
Dilim məni həlak etməsin?
----------------------------------------------------
b22:7-8 Bəzi əlyazmalar 7 və 8-ci ayələri
əlavə edirlər.
23
1 Ya Rəbb, ey Ata və həyatımın Hökmranı,
Məni   dilimin   və   ağzımın   ixtiyarına
buraxma,
Onların   üzündən   yıxılmağıma   imkan
vermə.
2 Kim düşüncələrim üzərində qamçı,
Ağlım üçün müdriklik təlimi qoya bilər ki,
Nöqsanlarıma aman verməsin,
Günahlarımı nəzərdən qaçırmasın.
3 Qoy nöqsanlarım çoxalmasın,
Günahlarım artmasın.
Yoxsa   əleyhdarlarımın   önündə   yıxıla
bilərəm,
Düşmənim üzərimdə şadyanalıq edə bilər.
4 Ya Rəbb, ey Ata və həyatımın Allahı,
Mənə təkəbbürlü baxışlar vermə.
5 Ehtirası məndən uzaqlaşdır,
6 Nəfsimin istəyinə və şəhvətə uymayım,
Canımın   biabırçı   istəklərinə   təslim
olmayım.
165



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin