Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə231/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   227   228   229   230   231   232   233   234   ...   304
Barux

And içmək barədə
7 Övladlarım, danışıq barədə təlimə qulaq
asın,
Ona   riayət   edənlər   səhv   üstündə
yaxalanmayacaqlar.
8 Günahkar   adam   dilindəki   sözlərdən
tələyə düşər,
Acıdil   və   təkəbbürlü   kəs   bunlardan
büdrəyər.
 
9 Dilini and içməyə öyrəşdirmə,
Müqəddəs   Olanın   adını   çəkməyə   adət
etmə.
10 Nəzarət altında olan qul
Zərbələrdən qurtula bilmədiyi kimi,
And içərək həmişə Allahın adını çəkən kəs

Günahdan təmizlənə bilməyəcək.
11 Həmişə   and   içən   adam   qanuna   zidd
əməllərlə dolar,
Cəza onun evindən əskik olmaz.
Əgər səhv etsə, günah onun üstündə qalar,
Andına   əhəmiyyət   verməsə,   ikiqat   günah
etmiş olar.
Yalan and içsə, bəraət almayacaq.
Evi bəlalarla dolacaq.
Kobud danışmaq
12 Ölümlə   müqayisə   olunan   bir   danışıq
üsulu var,
Bu, Yaqubun mirası olan İsrail xalqından
qoy uzaq olsun.
Çünki   bütün   bunlar   möminlərdən   uzaq
olar,
Onlar günahlarda batıb qalmazlar.
13 Dilini   nadanlıqla   ədəbsiz   sözlərə
öyrəşdirmə,
Çünki belə sözlərdə günah var.
14 Əsilzadələrlə   məşvərətə   oturduğun
zaman
Ata-ananı yada sal.
Ta ki oturduqlarının önündə özünü unudub
Vərdişlərinlə   özünü   axmaq   kimi
göstərməyəsən,
Doğulmamağını arzu etməyəsən,
Doğulduğun günə lənət etməyəsən.
15 Ədəbsiz   sözlər   söyləməyə   öyrəşən
adam
Bütün ömrü boyu tərbiyə ala bilməz.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin