Cismani günahlar barədə 16 İki cür insan günahları artırır,
Üçüncü cürü isə qəzəb gətirir.
17 Ehtiraslı can alovlanan oda bənzəyər,
Qüvvədən düşməyənə qədər sönməyəcək.
Öz yaxın qohumu ilə cinsi əxlaqsızlıq edən
adam
Bu od onu yandırana qədər əməlini heç
vaxt dayandırmaz.
Cinsi əxlaqsızlıq edən adama
Hər xörək həzz verir,
O, ölənə qədər heç vaxt əməlindən
doymaz.
18 Evlilik yatağına xəyanət edən adam
Öz-özünə deyər: «Məni kim görür?
Qaranlıq ətrafımı bürüyüb, divarlar məni
gizlədib,
Məni heç kəs görmür.
Nədən ehtiyat etməliyəm?
Uca Olan günahlarımı yada salmayacaq».
19 İnsanların nəzəri onu qorxuya salar,
Rəbbin nəzərinin günəşdən on min dəfə
parlaq olduğunu bilməz.
Amma Rəbbin nəzəri insanın bütün
yollarını izləyər,
Gizli guşələri seyr edər.
20 Hər şey yaradılışdan əvvəl Rəbbə
məlum idi,
Yaradılış tamamlanandan sonra da O, hər
şeydən agahdır.
21 Zinakar adam şəhər meydanında
cəzalandırılacaq,
Gözləmədiyi zamanda yaxalanacaq.