Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə234/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   230   231   232   233   234   235   236   237   ...   304
Barux

Hikmətin dedikləri
1 Hikmət özünü şöhrətləndirər,
Öz ardıcılları arasında təriflənər.
2 Uca Olanın toplantısında ağız açar,
Onun səma qüvvələrinin önündə öyünər:
3 «Mən Uca Olanın ağzından çıxıb gəldim,
Yer üzünü duman kimi örtdüm.
4 Yüksəklərdə məskən saldım,
Taxtım bulud dirəyinin üstündə idi.
5 Təkbaşına göy qübbəsini əhatə etdim,
Dibsiz dərinlikdə dolaşdım.
6 Dənizin dalğaları, bütün yer üzü,
Bütün   xalqlar   və   millətlər   üzərində
hökmranlıq etdim.
7 Bunların hamısının arasında istirahət yeri
axtardım ki,
Kimin mülkündə məskən sala bilərəm.
 
8 Onda hər şeyin Yaradıcısı mənə göstəriş
verdi,
Məni Yaradan çadırım üçün yer təyin etdi.
O dedi: “Çadırını Yaqubda qur,
İsraildə sənin mirasın olsun”.
9 Əbədiyyətdən bəri, başlanğıcda O, məni
yaratdı,
Mən   əbədiyyətə   qədər   bitib-
tükənməyəcəyəm.
10 Müqəddəs çadırda Onun önündə xidmət
etdim,
Beləcə, Sionda bərqərar oldum.
11 Sevimli   şəhərdə   mənə   həm   də   dinclik
verdi,
Yerusəlimdə səlahiyyətə malikəm.
12 İzzətləndirilmiş bir xalqın arasında,
Rəbbin onların mirası olan mülkündə kök
saldım.
 
13 Livandakı sidr,
Xermon   dağındakı   sərv   ağacı   kimi
böyüdüm.
14 En-Gedidəki xurma ağacı,
Yerixodakı qızılgül kolları kimi böyüdüm.
Düzənlikdəki gözəl zeytun ağacı
Və bir çinar kimi böyüdüm.
15 Darçın və dəvətikanı kimi gözəl qoxu
verdim,
Seçmə mirra kimi,
Ətirli qatran, damarlı əqiq, ədviyyat
Və   müqəddəs   çadırdakı   kündür   buxuru
kimi ətir saçdım.
16 Bir yabanı püstə ağacı kimi qol-budaq
atdım,
Budaqlarım əzəmətli və gözəldir.
17 Mən   gözəl   qol-budaq   atan   bir   meynə
kimiyəm,
Tumurcuqlarım   cah-calallı   və   bol   bəhər
verdi.
18 Mən   gözəl   sevgi,   ehtiram,   bilik   və
müqəddəs ümid anasıyam,
Bütün   bunları   Rəbbin   əbədi   olaraq
çağırdığı
Öz övladlarıma verirəm.
c
 
19 Ey məni arzulayanlar, yanıma gəlin,
167


Meyvələrimlə özünüzü doydurun.
20 Çünki   mənim   xatirələrim   baldan
şirindir,
Mənim   mirasçım   olmaq   bal   şanından
dadlıdır.
21 Məni   yeyənlər   acıb   daha   da   çox
istəyərlər,
Məni   içənlər   susayıb   daha   da   artıq
istəyərlər.
22 Mənə itaət edən əsla utanmayacaq,
Mənimlə   birgə   hərəkət   edən   əsla   günah
etməyəcək».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin