Hikmət və Qanun barədə 23 Bütün bunlar Uca Olan Allahın əhd
kitabıdır,
Musanın buyurduğu Qanundur,
Yaqub icmasının mirasıdır.
24 Rəbdə güclü olmağa davam et,
Səni qüvvətli etməsi üçün Ona qoşul.
Külli-İxtiyar Rəbb yeganə Allahdır,
Ondan başqa xilaskar yoxdur!
d
25 Qanun Pişon çayı qədər hikmətlə
doldurar,
İlk bəhər günlərindəki Dəclə çayına
bənzəyər.
26 Qanun Fərat çayı qədər dərrakə ilə aşıb-
daşar,
Biçin zamanındakı İordan çayına bənzəyər.
27 Qanun işıq kimi təlimin nurunu yayar,
Məhsul yığımı zamanındakı Gixon çayına
bənzəyər.
28 İlk insan hikməti tam anlaya bilmədi,
Sondakı insanlar da onu tam öyrənə
bilməz.
29 Çünki onun düşüncələri dənizdən daha
doludur,
Onun niyyətləri dibsiz dərinlikdən daha
dərindir.
30 Mənsə çaydan axan bir arx kimi,
Bağçaya axan bir nov kimiyəm.
31 Mən dedim: «Bağımı sulayaram,
Ləklərimə su verərəm».
Budur, arxım çaya döndü,
Çayım dənizə çevrildi.
32 Mən indi təlimi səhər şəfəqi kimi
edəcəyəm,
Onu uzaqlara qədər yayacağam.
33 İndi təhsili peyğəmbərlik kimi nazil
edəcəyəm,
Gələcək nəsillərin ixtiyarına buraxacağam.
34 Bax mən yalnız özüm üçün deyil,
Həm də hikmət axtaran hər kəs üçün
zəhmət çiəkdm.
----------------------------------------------------
c24:18 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
d24:24 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
25
Üç yaxşı şey 1 Üç yaxşı şey məni cəlb etdi,
Bunlar Rəbbin və insanların önündə
xoşdur:
Qardaşların həmrəyliyi, qonşuların
dostluğu,
Bir-biri ilə həmahəng yaşayan ər-arvad.
2 Mən üç cür adamdan ikrah edirəm,
Onların həyat tərzinə hiddətlənirəm:
Təkəbbürlü yoxsul, yalançı varlı,
Ağıldan məhrum zina edən yaşlı kişi.