Deuterokanonik kitabları Yoxlama versiyası


Bədxasiyyət   və   xoşxasiyyət   arvadlar



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə237/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   233   234   235   236   237   238   239   240   ...   304
Barux

Bədxasiyyət   və   xoşxasiyyət   arvadlar
barədə
13 Heç bir yara ürək yarası kimi deyil,
Heç bir pislik arvad bədxasiyyətliyi kimi
deyil.
14 Heç bir həmlə nifrət edənlərin həmləsi
kimi deyil,
Heç bir qisas düşmənin qisası kimi deyil.
15 İlan zəhərindən betər zəhər yoxdur,
Düşmən qəzəbindən betər qəzəb yoxdur.
 
16 Şir, ya əjdaha ilə yaşamaq
Bədxasiyyət arvadla bir yerdə yaşamaqdan
yaxşıdır.
17 Pis xasiyyət arvadın baxışını dəyişdirir,
Onun üzü ayının üzü kimi tünd olur.
18 Əri qonşularla birgə süfrəyə oturanda
Qeyri-ixtiyari acı köks ötürər.
19 Bütün   pisliklər   arvadın   pisliyi   ilə
müqayisədə kiçikdir,
Günahkarın   başına   gələn   onun   qisməti
olsun!
20 Bir qum təpəsinə dırmaşmaq
Yaşlı adamın ayaqlarına necə ağırdırsa,
Sakit   bir   ər   üçün   də   deyingən   arvadla
yaşamaq o qədər çətindir.
21 Qadın gözəlliyinin toruna düşmə,
Qadın ehtirasına uyma.
22 Arvad ərini saxlayarsa,
Bu,   narazılığa,   biabırçılığa   və   böyük
rüsvayçılığa səbəb olur.
23 Bədxasiyyət arvad dilxor ürəyə, tutqun
üzə,
Ürək yarasına səbəb olur.
Ərinə xoşbəxtlik gətirməyən arvaddan ona
Sustalmış əllər, zəifləmiş dizlər qalır.
24 Günah qadından başlamışdır,
Onun üzündən hamımız öləcəyik.
25 Suya axıdan bir dəlik qoyma,
Bədxasiyyət   arvada   danışmaq   cürəti
vermə.
26 Əgər sənin sözünə baxmırsa,
Onu özündən ayır.

 
--------------------------------------------------
e25:12   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
26
1 Xoşxasiyyət bir arvadın əri bəxtiyardır,
Onun ömrünün günləri ikiqat artacaq.
2 Fəzilətli   arvad   əri   üçün   sevinc
mənbəyidir,
Əri həyatını dinclik içində başa çatdıracaq.
3 Xoşxasiyyət arvad gözəl bir nemətdir,
O, Rəbdən qorxanların qismətinə düşər.
4 Varlı, ya yoxsul olsun, ürəyi xoşhaldır,
Hər zaman gülərüz olar.
 
5 Ürəyimi təlaşa salan üç şey var,
Dördüncüsündən vahiməyə düşürəm:
169


Şəhərin   qalmaqalı,   kütlənin   qarışıqlığı,
yalan ittiham –
Bunların hamısı ölümdən betərdir.
6 Amma başqa bir qadınla rəqabət aparan
qadın
Ürək əzabı və kədər gətirir.
Dilin zərbəsi bütün həmsöhbətlərə dəyir.
7 Bədxasiyyət   arvad   öküzü   qıcıqlandıran
boyunduruq kimidir,
Onu ələ almaq əqrəbi tutub saxlamaq kimi
bir şeydir.
8 İçkiyə   aludə   qadın   böyük   narazılıq
yaradır,
O, öz rüsvayçılığını ört-basdır edə bilməz.
9 Qadının
 
əxlaqsızlığı
 
gözlərini
qaldırmasından,
Göz-qaş oynatmasından bəlli olur.
 
10 Öz  bildiyini  edən  qızına  ciddi  nəzarət
et,
Yoxsa   öz   sərbəstliyindən   sui-istifadə
edəcək.
11 Qızının ədəbsiz baxışlarına nəzarət et,
Sənə rüsvayçılıq gətirsə, təəccüb etmə.
12 Susayan bir yolçu ağzını açıb
Yoluna çıxan hər sudan içəcək,
Hər dirəyin qarşısında oturacaq,
Hər oxun müqabilində oxdanını açacaq.
 
13 Bir qadının məlahəti ərinə həzz verər,
Bacarığı kişiyə güc-qüvvət verər.
14 Sakit arvad Rəbbin hədiyyəsidir,
Tərbiyəli şəxsin əvəzi yoxdur.
15 Ədəbli arvad ikiqat lütfdür,
Nəfsini saxlayan kəsin qiyməti hədsizdir.
16 Evi səliqəli olan xoşxasiyyət bir arvadın
gözəlliyi
Rəbbin   dağları   üstündən   qalxan   günəşə
bənzəyər.
17 Yetkin bir qamətin üzərindəki gözəl üz
Müqəddəs   qəndilin   üstündə   nur   saçan
çırağa bənzəyər.
18 Mütənasib pəncələrin üzərindəki gözəl
ayaqlar
Gümüş   təməl   üzərindəki   qızıl   sütunlara
bənzəyər.
19 Övladım,   yetkinliyinin   çiçəkləndiyi
dövrdə sağlamlığını qoru,
Qüvvətini özgələrə vermə.
20 Bütün düzənliyin ərazisində münbit bir
tarla axtar,
Sağlam bir pöhrəyə əmin olaraq,
Onun üzərinə öz toxumunu səp.
21 Beləcə,   nəslin   səndən   sonra   davam
edəcək,
Sağlam   pöhrən   əminliklə   qol-budaq
atacaq.
22 Fahişə   qadın   tüpürcəyə   bərabər
sayılacaq,
Xəyanət edən ərli qadınsa məşuqları üçün
bir ölüm qülləsi olacaq.
23 Günahkar qadın bir pay kimi
Qanuna riayət etməyən adama verilər,
Amma mömin qadın
Rəbb qorxusu olan adama bəxş edilir.
24 Həyasız   qadın   daim   hörmətsizlik
göstərər,
Həyalı gənc qadın hətta ərinin yanında da
utancaq olar.
25 İnadkar qadın dişi köpəyə bənzər,
Amma utancaq qadın Rəbdən qorxar.
26 Ərinə hörmət edən arvadı
Hər kəs müdrik adam hesab edəcək.
Amma   qürurlanaraq   ərinə   hörmətsizlik
edən arvadı
Hamı pis qadın sayacaq.
Xoşxasiyyət arvadı olan ər bəxtiyardır,
Onun ömrü ikiqat artacaq.
27 Ucadan çox danışan qadın
Müharibəyə   səsləyən   döyüş   borusuna
bənzər,
Belə şəraitdə olan hər kəsin ömrü
Dava həyəcanı içində keçəcək.
f

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin