Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə239/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   235   236   237   238   239   240   241   242   ...   304
Barux

Həyatda sınaqlar
4 Ələyi yelləyəndə zir-zibil qalar,
Eləcə   də   insan   danışarkən   qüsurları   bəlli
olar.
5 Soba   dulusçunun   qabını   sınaqdan
keçirər,
Eləcə də insan öz söhbətindən sınanar.
6 Ağaca   necə   qulluq   edildiyi   onun
bəhərindən məlum olar,
Eləcə   də   insanın   ağlının   düşüncələrini
sözləri üzə çıxarar.
7 Bir   adamın   danışmağından   qabaq   onu
tərifləmə,
Çünki   sözləri   vasitəsilə   sınaqdan
keçiriləcək.
Fəzilət barədə
8 Əgər   sən   ədalətin   dalınca   getsən,   onu
əldə edəcəksən,
İzzət libası kimi onu geyinəcəksən.
9 Quşlar öz növündən olanlarla birgə olar,
Düzlük onu tətbiq edənlərə tərəf gələr.
10 Aslan qənimət üçün pusqu qurar,
Eləcə də günah haqsızlıq edənləri gözləyər.
11 Möminin söhbəti həmişə müdrikdir,
Amma ağılsız adam ay kimi dəyişər.
12 Düşüncəsiz   adamların   arasına   düşsən,
çox qalma,
Dərrakəli adamların arasında olsan, oradan
ayrılma.
13 Axmaqların söhbəti iyrəncdir,
Onların gülüşü mütləq günahlı olur.
14 Söyüş   söyən   adamların   danışığından
tüklər biz-biz durar,
Onların münaqişəsindən qulaqlar tıxanar.
15 Qürurlu   adamların   münaqişəsi   qan
tökməklə nəticələnir,
Onların   söyüşməsinə   qulaq   asmaq   çox
ağırdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin