Sirr açmağın qəbahəti 16 Sirr açan adam etibarını itirər,
Ürəyincə olan dostu əsla tapa bilməz.
17 Dostunu sev və aranızdakı inamı qoru,
Amma sirlərini açdınsa, daha onun dalınca
qaçma.
18 Çünki sən yaxın adamının dostluğunu
məhv etdin,
Necə ki bir kəs düşmənini məhv edir.
19 Bir quşu əlindən buraxdığın kimi,
Yaxın adamının çıxıb getməsinə imkan
verdin,
Onu bir daha ələ ala bilməyəcəksən.
20 Onun ardınca getmə, çünki uzaqlara
çıxıb getdi,
Bir ceyran tələdən qaçan kimi qaçdı.
21 Çünki yaranı sarımaq mümkündür,
Təhqirdən sonra barışmaq olar,
Amma sirləri açan adam üçün ümid
yoxdur.
171