Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə241/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   237   238   239   240   241   242   243   244   ...   304
Barux

İkiüzlülük barədə
22 Hiyləgərcəsinə   göz   vuran   adam   fitnə
düzəldər,
Onu tanıyan adam ondan üz döndərər.
23 Sənin gözün önündə onun dilindən bal
tökülər,
Sözlərinə heyranlığını göstərər.
Amma sonra öz dediklərini dəyişdirər,
Öz sözlərinlə səni yoldan çıxarar.
24 Mənim çox şeydən zəhləm gedir,
Amma ən çox belə adamdan ikrah edirəm,
Rəbb də ona nifrət edər.
25 Yuxarıya   bir   daş   atan   adam   onu   öz
başına atar,
Namərd zərbədən özün yara alarsan.
26 Quyu qazan özü düşər,
Tələ quran özü ilişər.
27 Bir   adam   pislik   edərsə,   pislik   onun
özünə qayıdar,
Amma onun haradan gəldiyini bilməyəcək.
28 Kinayə və məzəmmət qürurlu adamdan
gəlir,
Amma   qisas   bir   aslan   kimi   ondan   ötrü
pusquya yatıb.
29 Möminlərin   yıxılmasına   sevinənlər
tələyə düşəcəklər,
Ölməzdən əvvəl dərd onları yaxacaq.
Qisas almamaq
30 Hiddət və qəzəb həmçinin iyrəncdir,
Bunların ikisi də günahkar adamda tapılar.
28
1 Qisas   alan   adamdan   Rəbb   tərəfindən
qisas alınacaq,
Rəbb   belə   adamın   günahlarının   hesabını
aparır.
2 Öz   qonşuna   sənə   etdiyi   haqsızlığı
bağışla,
Onda   dua   etdiyin   zaman   günahların
bağışlanar.
3 İnsan insana qəzəb bəslədiyi halda,
Rəbdən şəfqət gözləyir.
4 Özü kimi bir insana mərhəmət etmədiyi
halda,
Öz günahlarından ötrü necə yalvara bilər?
5 Özü də cismani varlıq olduğu halda kin
saxlayır,
Kim onun günahlarını satın alacaq?
6 Öz sonunu yada sal və nifrət etməkdən
vaz keç,
Həlakı və ölümü yada sal, əmrlərə riayət
et.
7 Əmrləri   yada   sal   və   qonşuna
hiddətlənmə,
Uca Olanın əhdini yada sal,
Səhvlərinə diqqət et.
Dava etməmək
8 Dava etməkdən çəkinsən, daha az günah
edərsən,
Çünki coşan adam dava qızışdırar.
9 Günahkar   adam   dostlarına   həyəcan
gətirər,
Sülh   içində   olan   adamlar   arasına   ixtilaf
salar.
10 Yanan   odunun   çoxluğuna   görə   alov
davam edəcək,
İnadkarlığa görə də dava qızışacaq.
İnsan öz gücünün həddinə görə qəzəblənər,
Öz   var-dövlətinin   miqdarına   görə
hiddətlənər.
11 Tez başlayan mübahisə od alovlandırar,
Tez   başlayan   davanın   nəticəsində   qan
tökülər.
12 Qığılcımı   üfləsən,   daha   da
alovlandırarsan,
Onun üzərinə tüpürsən, sönər.
Bunların hər ikisi sənin ağzından çıxır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin