10 Gümüşünüzü öz qardaşınız və dostunuz
üçün sərf edin,
Onun daş altında çürüyüb xarab olmasına
imkan verməyin.
11 Sərvətini Uca Olanın əmrlərinə uyğun
paylaşdır,
Bu, sənə qızıldan daha səmərəli olar.
12 Öz xəzinənə mərhəmət yığıb saxla,
O, səni hər bəladan qurtaracaq.
13 Sədəqə möhkəm qalxandan və ağır
mizraqdan üstündür,
Sənin uğrunda düşməninlə döyüşəcək.
Zaminlik barədə
14 Yaxşı adam qonşusuna zamin olar,
Abrını itirmiş şəxs isə onu tərk edər.
15 Sənə zamin olan adamın xeyirxahlığını
unutma,
Çünki o, sənin naminə canını verdi.
16 Günahkar şəxs zamin olan adamın
varidatını dağıdar,
Nankor insan onu qurtaran kəsi atıb gedər.
17 Zaminlik bir çox varlı adamı iflasa
uğratmış,
Dənizin dalğası kimi onları çalxalamışdır.
18 Qüdrətli adamları evindən didərgin
salmış,
Onları yadelli millətlərin arasına
azdırmışdır.
19 Öz üzərinə zaminlik götürən,
Bu işdə öz xeyrini güdən günahkar adam
Məhkəmələrə düşəcək.
20 Qonşuna bacardığın qədər yardım et,
Amma diqqət et ki, özün də belə pis
vəziyyətə düşməyəsən.
Dostları ilə paylaş: