Ailə ocağı və qonaqsevərlik barədə
21 Həyat üçün zəruri vasitələr su, çörək,
paltar və evdir ki,
İnsanın ayıbını örtür.
22 Yoxsul bir adamın öz taxta damı
altındakı həyatı
Özgələrin evindəki dəbdəbəli ziyafətlərdən
yaxşıdır.
23 Əlindəki az və ya çox olsun, məmnun
qal,
Heç kəs sənə özgə hesabına dolanan adam
deməz.
24 Evdən-evə dolaşmaq acınacaqlı bir
həyatdır,
Harada qalırsansa, ağzını aça bilməzsən.
25 Qonaq qəbul edib içki paylayarsan,
Heç kəs sənə təşəkkür etməz,
Hələ acı sözlər də eşidərsən:
26 «Gəl, ay qərib, süfrəni hazırla,
Əlində bir şey varsa, məni də yedizdir»,
27 «Get, ay qərib, hörmətli adam üçün yer
ver,
Qardaşım qonaq gəlir, ev mənə lazımdır».
28 Özgə sığınacağında qaldığına görə
həssas adam üçün
Giley eşitmək və hansısa borcverənin
məzəmmətinə qulaq asmaq ağırdır.
30
Dostları ilə paylaş: |