Sağlamlıq barədə 14 Sağlam və qüvvətli olan yoxsul
Bədəni ağrı çəkən varlıdan yaxşıdır.
15 Sağlamlıq və qüvvət hər cür qızıldan,
Möhkəm bədən saysız var-dövlətdən
üstündür.
16 Bədən sağlamlığından yaxşı var-dövlət,
Ürək sevincindən yaxşı zövq yoxdur.
17 Zəlil bir ömür sürməkdənsə ölmək,
Uzun sürən xəstəlikdənsə əbədi rahatlıq
daha yaxşıdır.
18 Bağlanmış bir ağıza yaxınlaşdırılan
nemətlər
Məzara təqdim olunan yemək kimidir.
19 Bütə təqdimin nə xeyri var?
O nə yeyə, nə də iyləyə bilir.
Rəbbin cəzalandırdığı adam da buna düçar
olur.
20 O, bir qızı qucaqlayıb içini çəkən xədim
kimi
Gözləri ilə baxar və ah çəkər.