Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə253/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   249   250   251   252   253   254   255   256   ...   304
Barux

Bərabərsizlik barədə
7 İl ərzində hər günün işığı öz mənbəyini
günəşdən alır.
Bəs   onda   niyə   bəzi   günlər   digərindən
xoşdur?
8 Rəbbin   məsləhətinə   görə   bunlar   bir-
birindən ayrılmışlar,
Mövsümləri   və   bayramları   O   müəyyən
edir.
9 O, bəzi günləri mühüm və müqəddəs,
Digərlərini   isə   adi   günlər   müəyyən
etmişdir.
10 Bütün insanlar torpağın tozundan,
Adəm də torpaqdan yaradılmışdır.
11 Öz biliyinin kamilliyində Rəbb
İnsanlar arasında fərqlər qoymuşdur,
Onlar   üçün   müxtəlif   həyat   yolu   təyin
etmişdir.
12 Bəzi   insanlara   xeyir-dua   verib
yüksəltmiş,
Bəzilərini   təqdis   edib   Özünə
yaxınlaşdırmışdır.
Başqalarını isə lənətləyib alçaltmış,
Öz mövqelərindən salmışdır.
13 Dulusçu əlindəki gil parçasına
Özünün istədiyi quruluşu verə bildiyi kimi,
İnsanlar   da   onları   Yaradanın   əlində
elədirlər.
O da istədiyi kimi onlara əvəz verir.
14 Şərin əksi xeyir, ölümün əksi həyatdır,
Eləcə də mömin adamın əksi günahkardır.
15 Beləliklə,   Uca   Olanın   işlərinə   nəzər
salmaq gərəkdir,
Hər şey ikilidir, hər şeyin əksi var.
 
16 Mən üzümyığanların ardınca gedib
Yerdə qalan üzümü yığan adam kimi
Yatmadan çalışdım.
17 Rəbbin xeyir-duası ilə öndə gəldim,
Üzümyığan kimi üzümsıxanı doldurdum.
18 Bilin ki, mən yalnız özüm üçün deyil,
Bilik   axtaranların   hamısı   üçün   zəhmət
çəkdim.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin