Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə254/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   250   251   252   253   254   255   256   257   ...   304
Barux

Sərbəstlik barədə
19 Məni dinləyin, ey xalqın böyükləri,
Mənə   qulaq   asın,   ey   camaata   başçılıq
edənlər.
20 Ömür sürdüyün müddətdə
Oğluna, arvadına, qardaşına və dostuna
Öz üzərində səlahiyyət vermə.
Öz əmlakını başqasına vermə ki,
Sonra   peşman   olub,   ondan   ötrü
yalvarmayasan.
21 Nə qədər ki sağsan, nəfəsin gəlir,
Heç   kəsi   öz   yerinə   qərar   qəbul   etməyə
qoyma.
22 Övladlarının səndən diləməyi
178


Sənin   öz   övladlarının   əlinə   baxmağından
yaxşıdır.
23 Bütün işlərində ən üstün ol,
Öz adına ləkə gətirmə.
24 Həyatının   sonunda   ömrünü   başa
vurarkən,
Ölüm ayağında mirasını bölüşdür.
Nökərlər barədə
25 Yem, çubuq və yük eşşək üçün,
Çörək, tərbiyə və iş nökər üçündür.
26 Onu işlə məşğul et, rahatlıq taparsan,
Onu bekar qoysan, özünə azadlıq axtarar.
27 Boyunduruq və qayış öküzün boynunu
əyər,
Pis   nökərin   də   itaət   etməsi   üçün   bədən
cəzası var.
28 Onu   işlə   məşğul   et   ki,   bekar   dura
bilməsin,
Çünki bekarçılıq çoxlu pis şey öyrədir.
29 Onu   qabiliyyəti   olduğu   işin   arxasına
oturt,
Əgər itaət etməsə, ona ağır buxov vur.
30 Amma həddən artıq bir şey etmə,
Hər şeyi ədalətlə et.
31 Əgər sənin bir nökərin varsa, ona özün
kimi bax,
Çünki onu qan-tərlə əldə etmisən.
32 Əgər   sənin   bir   nökərin   varsa,   onunla
qardaşın kimi davran,
Çünki öz canına ehtiyacın olduğu kimi ona
ehtiyacın olacaq.
33 Əgər   onunla   pis   davransan,   qoyub
qaçar,
Sonra onu harada axtaracaqsan?
34
Yuxular barədə
1 Boş   və   aldadıcı   ümidlər   dərrakəsiz
şəxsdə olar,
Yuxular axmaq adamları qayğılandırar.
2 Yuxulara inanan kəs
Kölgəni tutmaq və külək dalınca qaçmaq
istəyən
Adama bənzər.
3 Yuxuda görülən şey
Güzgüdə   görünən   üzün   əksi   kimi   real
deyil.
4 Natəmiz şeydən nə təmiz şey çıxar?
Yalan şeydən nə doğru şey olar?
5 Öncəgörmələr, fallar və yuxular puçdur,
Bunlar doğuş əziyyəti çəkən
Qadının ürəyinin xəyallarına bənzəyər.
6 Əgər yuxular Uca Olan tərəfindən
Xüsusi olaraq göndərilməyibsə,
Onlara əhəmiyyət vermə!
7 Çünki   yuxular   çoxlarını   yoldan
azdırmışdır,
Yuxulara   ümid   bağlayanlar   süquta
uğramışlar.
8 Belə   yalan   şeylərsiz   Qanuna   riayət
edilməlidir,
Hikmət Allaha sadiq kəslərin dilində kamil
olur.
Səyahət barədə
9 Çox gəzən adam çox bilər,
Onun böyük təcrübəsi olduğu üçün
Sağlam mühakimə ilə danışar.
10 Heç bir sınaqla qarşılaşmamış adam az
bilər,
Amma çox gəzən şəxs dərrakəsini artırar.
11 Səyahətim zamanı çox şey gördüm,
Anladığım şeylər söyləyə biləcəklərimdən
artıqdır.
12 Dəfələrlə   ölüm   təhlükəsi   ilə
qarşılaşdım,
Amma təcrübəmə görə nicat tapdım.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin