Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə255/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   251   252   253   254   255   256   257   258   ...   304
Barux

Rəbb qorxusu barədə
13 Rəbdən qorxan insan sağ qalacaq,
Çünki   onları   qurtara   bilən   Kəsə   ümid
bağlamışlar.
14 Rəbdən qorxan insan cəsarətsiz deyil,
Əsla qorxmaz, çünki ümidi Onadır.
179


15 Rəbdən qorxan insan bəxtiyardır.
Kim   onu   qoruyub   saxlayır?!   Kim   ona
dəstək olur?!
16 Rəbbin   nəzəri   Onu   sevənlərin
üstündədir,
Rəbb   onların   qüdrətli   qoruyucusu   və
möhkəm dayağıdır.
Onlara   bürküdən   sığınacaq,   günorta
istisindən örtük,
Büdrəmədən   qoruyan,   yıxılmaqdan
saxlayandır.
17 O, qəlbi yüksəldir, gözlərə işıq verir,
Şəfa, həyat və xeyir-dua verir.
Qurbanlar barədə
18 Haqsız   qazancla   təqdim   edilən
qurbanlar qınağa layiqdir,
Qanuna   riayət   etməyənlərin   Allaha
bəxşişləri məqbul deyil.
19 Dinsizlərin   təqdimləri   Uca   Olana   xoş
gəlməz,
Qurbanın   çoxluğu   ilə   onların   günahları
silinməz.
20 Yoxsulların əmlakından qurban gətirən
adam
Oğulu   atasının   gözü   önündə   öldürən   kəs
kimidir.
21 Bir   loğma   çörək   yoxsulların   həyati
gərəyidir,
Onları   bundan   məhrum   edən   qaniçən
adamdır.
22 Qonşusunun   ruzisinə   mane   olan   adam
onu öldürmüş kimidir,
İşçinin   muzdunu   ödəməyən   kəs   qan
tökmüş sayılır.
23 Birinin tikdiyini digəri yıxarsa,
Hər ikisi əziyyətdən başqa nə əldə edər?
24 Biri dua edərkən digəri lənət edərsə,
Külli-İxtiyar hansının səsini eşidəcək?
25 Bir   adam   cəsədə   toxunduqdan   sonra
əlini yuyarsa
Və yenə ona toxunarsa,
Əlini yumasının xeyri nədir?
26 Günahlarından ötrü oruc tutan,
Sonra gedib həmin işi edən adam da eyni
vəziyyətdədir.
Onun dualarını kim eşidər?
Özünü alçaltmasının nə faydası var?
35

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin