13 O, yoxsulun müqabilində mötəbərə
üstünlük verməz,
Məzlumun duasını eşidər.
14 Yetimin yalvarışını,
Ürəyini boşaldan dul qadını nəzərdən
qaçırmaz.
15 Dul qadının göz yaşları yanaqlarını
isladanda
O, buna səbəb olan adama qarşı fəryad
etmirmi?
16 Xoş iradə ilə Allaha xidmət edən insan
Allaha məqbul olacaq,
Onun diləyi buludlara qədər çatacaq.
17 Həlim adamın duası buludları dələr,
Dua gedib çatana qədər o, sakit olmaz,
18 Uca Olan nəzər salıb ədalətli hökm
çıxararaq
Haqqı icra edənə qədər duasını
dayandırmaz.
19 Rəbb gecikməyəcək,
Rəhmsizlərə dözməyəcək,
20 Onların bellərini qıracaq,
Başqa millətlərdən intiqam alacaq,
21 Zalımlar kütləsini məhv edəcək,
Haqsızların hakimiyyət əsasını sındıracaq,
22 İnsana əməllərinə görə əvəz verəcək,
Adamların işlərinə niyyətlərinə görə
qarşılıq verəcək,
23 Öz xalqı üzərində hökmü icra edəcək,
Mərhəməti ilə onları sevindirəcək.
24 Quraqlıq zamanı yağış gətirən buludlar
kimi,
Əziyyət zamanı mərhəmət də vaxtına
düşər.
----------------------------------------------------
h35:5 Yunan mətnində hərfi: «yağlayar».
36
Dostları ilə paylaş: