Yalanı ayırd etmək barədə 18 Mədə hər cür qidanı həzm edir,
Amma bəzi qidalar digərlərindən daha
yaxşıdır.
19 Ağız ov ətinin dadını yoxladığı kimi,
Dərrakəli ağıl da saxta sözləri aşkar edir.
20 Xain ürəkli adam kədər gətirər,
Təcrübəli adam isə ona necə əvəz
verəcəyini bilir.
Həyat yoldaşı seçmək barədə 21 Bir qadın ərə getdiyi kişini özü seçə
bilmir,
Amma kişi özünə arvad seçə bilər.
Belə ki, bəzi qızlar digərlərindən üstündür.
22 Qadın gözəlliyi üzə sevinc gətirir,
Bir kişi üçün bundan arzuolunan şey
yoxdur.
23 Əgər o qadının dilində mehribanlıq və
həlimlik də varsa,
İnsanlar arasında onun əri qədər xoşbəxt
adam yoxdur.
24 Arvad alan kişi ən əsas sərvətini –
Özünə uyğun köməkçini və rahatlığının
dayağını qazanır.
25 Bir mülkün ətrafında hasar yoxsa, qarət
edilər,
Arvad olmayan yerdə insan səfil düşüb
əziyyət çəkər.
26 Axı kim silah gəzdirən,
Şəhərdən-şəhərə dolaşan quldura etibar
edər?
27 Məskəni olmayan,
Axşam düşəndə harada gəldi gecələyən
Adamın taleyi də belədir.
¶--------------------------------------------------
---
i36:13 Yunan mətnində «Xalqını…».
Bu, İbrani mətnindən götürülmüşdür.
37