Həqiqi müdriklik barədə 16 Hər işin başlanğıcı düşünməkdir,
Hər əməldən qabaq məsləhət gəlir.
17 Ürəkdə olan dəyişikliklər özünü büruzə
verir,
Bu, dörd şeydə görünür:
18 Yaxşılıq və pislikdə, həyat və ölümdə.
Amma onları mütəmadi idarə edən dildir.
19 Eləsi var ki, çoxlarını öyrətməkdə
mahirdir,
Amma öz canına heç bir faydası yoxdur.
20 Eləsi də var ki, dildən pərgar olsa da,
Hamının ondan acığı gəlir.
Belə adam bütün nemətlərdən binəsib
qalacaq.
21 Çünki Rəbb ona mərhəmət
göstərməyib,
O, hər cür hikmətdən məhrumdur.
22 Elə adam var ki, müdrikliyi özünə fayda
gətirir,
Düşüncəsinin bəhəri olan sözləri
etibarlıdır.
23 Müdrik adam öz xalqına təlim öyrədər,
Düşüncəsinin bəhəri etibarlıdır.
24 Müdrik adam bol xeyir-dua alacaq,
Onu görənlərin hamısı onu bəxtiyar
adlandıracaq.
25 İnsanın həyatı günlərinin sayı ilə
məhdudlaşır,
Amma İsrail xalqının həyatının günləri
saysızdır.
26 Müdrik adam öz xalqının etibarını
qazanacaq,
Onun adı əbədi yaşayacaq.