Deuterokanonik kitabları Yoxlama versiyası


Peşə sahibləri və sənətkarlar barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə264/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   260   261   262   263   264   265   266   267   ...   304
Barux

Peşə sahibləri və sənətkarlar barədə
24 Mirzələr müdrikliyi boş vaxt sayəsində
əldə edirlər,
Az işi olan adam müdrik olur.
25 Xış sürən adam necə müdrik ola bilər?
Onun qürrələndiyi şey əlindəki qamçısıdır.
İşi-gücü öküzləri qovmaq və onların işi ilə
məşğul olmaqdır,
Danışdıqları   da   yalnız   cavan   öküzlərlə
bağlıdır.
26 Onun fikri xışın açdığı şırımdadır,
Danaları   yedirməklə   gecə   yarısına   qədər
çalışır.
27 Hər   dülgər   və   bənna   da   eyni
vəziyyətdədir:
Onlar gecə-gündüz çalışırlar.
Möhürdə naxış açan həkkaklar
Müxtəlif   haşiyələr   yaratmağa   səy
göstərirlər,
Onlar   istəyirlər   ki,   təsvirlərini   daha   çox
bənzətsinlər.
İşlərini   tamamlamaq   üçün   gecə   yarısına
qədər çalışırlar.
28 Dəmirçi   zindanının   yanında   oturan
dəmirçi də belədir:
Dəmir işləri barədə öyrənir,
184


Odun hərarəti onun bədənini yandırır,
Sobanın istisinə müqavimət göstərir,
Çəkicin səsi qulağını batırır,
Gözlərini qabın surətinə dikir,
İşi tamamlamaq istəyir,
Bəzəmə işini tamamlamaq üçün
Gecə yarısına qədər çalışır.
29 İş başına oturan dulusçu da belədir:
Ayaqları ilə təkəri fırladır,
Həmişə öz işinin qayğısını çəkir,
Hər işini qabaqcadan hesablayır.
30 Gili əli ilə şəkilə salır,
Ayaqları ilə bərkliyini yumşaldır,
Malalama işini tamamlamaq istəyir.
Sobanı   təmizləmək   üçün   gecə   yarısına
qədər çalışır.
31 Onların hamısı əllərinə güvənir,
Hər biri öz işinin ustasıdır.
32 Onlar olmadan bir şəhər məskunlaşmaz,
Sakinlik və gediş-gəliş olmaz.
33 Lakin   onlar   xalq   məşvərətlərinə
çağırılmırlar,
Yığıncaqlarda xüsusi yer tutmurlar,
Hakimlik kürsüsünə oturmurlar.
Hökm qərarlarını çıxarmırlar.
34 Təlim   və   mühakimə   bacarığı   nümayiş
etdirmirlər,
Məsəllər icad etmirlər.
Amma dünyadakı həyata dayaq dururlar,
Dualarını   sənət   fəaliyyətləri   vasitəsilə
bildirirlər.
----------------------------------------------------
j38:5 Bax: Çıx. 15:25
39

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin