Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə266/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   262   263   264   265   266   267   268   269   ...   304
Barux

Rəbbin mədhi
12 Mən hələ ağlımdakı fikirləri daha çox
bildirəcəyəm,
Belə ki, bədirlənmiş ay kimi dolmuşam.
13 Ey mömin övladlarım, mənə qulaq asın,
185


Axar   su   kənarında   yetişən   qızılgül   kimi
açın.
14 Buxur kimi xoş ətir saçın,
Zanbaq kimi çiçək açın, rayihəniz yayılsın.
Şükür nəğməsi oxuyub
Rəbbə bütün işlərinə görə alqış edin.
15 Onun əzəmətli adını bildirin,
Dilinizdəki nəğmə və lira ilə
Onun tərifini bəyan edin,
Onu mədh edərək belə deyin:
16 «Rəbbin bütün işləri ecazkardır!
Onun bütün fərmanları öz vaxtında yerinə
yetər».
«Bu,   nədir?   Bu,   nə   üçündür?»   suallarını
vermək olmur,
Çünki hər şey öz vaxtında baş verir.
17 Onun   sözü   ilə   sular   bir   yerə   yığılıb
dayandı,
Ağzından   çıxan   bir   sözlə   onlar   üçün
hövzələr yarandı.
18 Onun buyruğu ilə hər şey baş verir,
Onun   xilas   gücünü   heç   kəs   zəiflədə
bilməz.
19 Bütün   varlıqların   əməlləri   Onun
önündədir,
Heç nə Onun gözündən gizlənə bilməz.
20 O,   əzəldən   əbədiyyətə   qədər   hər   şeyi
görür,
Heç bir şey Onu heyrətə sala bilməz.
21 «Bu,   nədir?   Bu,   nə   üçündür?»   demək
olmur,
Çünki   hər   şey   öz   vəzifəsinə   uyğun
yaradılmışdır.
22 Rəbbin   bərəkəti   bir   çay   kimi   qurunu
örtər,
Güclü axın kimi onu suvarar.
23 Suları   duzlu   dənizə   çevirdiyi   vaxtdakı
kimi
Bütpərəstlər Onun qəzəbinə düçar olurlar.
24 Onun   yolları   mömin   adamlar   üçün
hamardır,
Amma   Qanuna   riayət   etməyənlər   üçün
maneədir.
25 Başlanğıcdan bəri yaxşı şeylər
Yaxşı adamlar üçün yaradılmışdır,
Eynilə pis şeylər də günahkarlar üçündür.
26 Yaşamaq   üçün   insanların   ən   zəruri
ehtiyacları
Su, od, dəmir, duz,
Buğda unu, süd, bal,
Üzüm şirəsi, zeytun yağı və paltardır.
27 Bütün   bunlar   yaxşı   adamların   xeyri
üçündür,
Amma günahkarların ziyanına çevrilir.
28 Elə   küləklər   olur   ki,   insanları
cəzalandırmaq üçün yaranıb,
Hücum   çəkdikləri   vaxt   güclərini
göstərirlər,
Beləcə,   onları   Yaradanın   qəzəbini   icra
edirlər.
29 Od, dolu, aclıq və ölüm –
Bütün   bunlar   cəzalandırmaq   üçün
yaradılmışdır.
30 Vəhşi   heyvanların   dişləri,   əqrəblər,
gürzələr
Və dinsizləri məhv edən qisas qılıncı
31 Rəbbin   buyruqlarını   şövqlə   yerinə
yetirirlər.
Lazım olanda yer üzündə hazır olurlar,
Vaxtı gələndə Onun sözünə əməl edirlər.
 
32 Beləcə, mən əvvəldən qərara gəldim,
Düşünüb daşındım və yazmağa başladım:
33 «Rəbbin bütün işləri yaxşıdır,
O, bütün ehtiyacları vaxtında ödəyir».
34 «Bu, ondan betərdir» demək olmaz,
Çünki   hər   şey   vaxtı   gələndə   dəyərini
göstərir.
35 Beləcə,   bütün   qəlbin   və   səsinlə   şükür
nəğməsi oxu,
Rəbbin isminə alqış et!
40

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin