Adəm övladlarının üzərində ağır bir
boyunduruq var.
Öz analarının bətnindən çıxdıqları gündən
Hər şeyin anası olan torpağın qoynuna
Dönəcəkləri günədək bu, belədir.
2 Qabaqcadan ölüm gününü fikirləşmək
Onları dərin düşüncəyə və ürək qorxusuna
salır.
3 Taxtda oturan məşhur bir insandan
tutmuş
Torpağa və toza yıxılan kəsə qədər,
4 Al-qırmızı geyinib tac qoyandan tutmuş
Çula bürünənə qədər hər kəs
Qəzəbə, paxıllığa, həyəcana, təlatümə,
Ölüm qorxusuna, hiddətə və münaqişəyə
mübtəladır.
5 İnsan hətta yataqda yatdığı zamanda da
Gecə yuxusu onun düşüncəsini qarışdırır.
6 Az dincəlir, ya da heç istirahət etmir,
Yuxuda da gündüz olduğu kimi keşik çəkir.
Düşüncəsindəki mənzərələrlə səksəkəyə
düşərək
Döyüş meydanından qaçan adama
bənzəyir.
7 Təhlükəsiz yerə çatıb oyanır,
Səbəbsiz qorxduğuna heyrət edir.
8 İnsandan ev heyvanlarına qədər bütün
varlıqlara
Bəlalar üz versə də,
Günahkarlar üçün bunlar yeddi qat çox
olur.
9 Ölüm, qan, münaqişə, qılınc,
Fəlakət, aclıq, dağıntı və bəla –
10 Bütün bunlar Qanuna riayət etməyənlər
üçün yaradılmışdır,
Nuh daşqını onlara görə olmuşdur.
11 Torpaqdan olan hər şey torpağa,
Sudan olan hər şey dənizə dönər.
Dostları ilə paylaş: