Dilənçilik barədə 28 Övladım, dilənçiliklə ömür sürmə,
Sədəqə istəməkdənsə ölmək yaxşıdır.
29 Başqasının süfrəsinə göz dikən adamın
Həyat tərzi heç həyat sayılmaz.
O, başqasına məxsus yeməklə özünü
əskildir,
Dərrakəli və tərbiyəli adam isə bundan
çəkinər.
30 Utanmaz adamın dili dilənərkən şirin
olur,
Amma onun içində xəcalət alışıb-yanır.
41
Ölüm barədə 1 Ey ölüm, əmlak sahibi olub, sülh içində
yaşayan adama,
Qayğı çəkməyən və hər şeydə uğur
qazanan,
Yemək yeməyə hələ qüvvəsi olan şəxsə
Səni xatırlamaq nə qədər acıdır!
2 Ey ölüm, möhtac və qüvvəsi zəif olan,
Çox qocalmış, hər şeyə görə qayğı çəkən,
Məyus olan və dözümünü itirmiş adama
Sənin hökmün nə qədər xoşdur!
3 Ölüm hökmündən qorxuya düşmə,
Əcdadlarını və nəsillərini xatırla.
4 Bütün varlıqlar üçün Rəbb tərəfindən
olan hökm budur.
Onda nə üçün Uca Olana məqbul olan şeyə
qarşı çıxasan?
Ömrün istər on, istər yüz, istərsə də min il
olsun,
Ölülər diyarında bunun əhəmiyyəti
olmayacaq.