Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə272/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   268   269   270   271   272   273   274   275   ...   304
Barux

Nədən utanmaq lazımdır
14 Övladlarım,   öyrətdiklərimə   riayət   edin
və sülh içində yaşayın.
Gizli müdriklik və kəşf olunmamış xəzinə

Bunların hər ikisindən nə fayda?
15 Axmaqlığını gizlədən adam
Müdrikliyini gizlədən adamdan üstündür.
16 Beləcə,   mənim   sözlərimə   sayğı
göstərin:
188


Elə   hallar   olur   ki,   utancaqlıq   göstərmək
yaxşı deyil.
Hər   şey   hər   kəs   tərəfindən   düzgün
qiymətləndirilmir.
 
17 Atanla   ananın   önündə   cinsi
əxlaqsızlıqdan,
Başçının, ya da hökmranın yanında yalan
söyləməkdən utan.
18 Hakimin   və   münsifin   yanında
cinayətdən,
Camaatın və xalqın yanında
Qanunun ziddinə hərəkət etməkdən utan.
19 Yoldaşının   və   dostunun   önündə
haqsızlıqdan,
Qaldığın yerdə oğurluq etməkdən utan.
20 Allahın həqiqətinin və Əhdinin önündə
utan.
Yemək   zamanı   dirsəyini   masaya
dayamaqdan,
21 Borc alanda və verəndə lənət etməkdən,
Səni   salamlayanlara   cavab   verməməkdən
utan.
22 Yüngül əxlaqlı qadına nəzər salmaqdan,
Qohuma arxanı çevirməkdən utan.
23 Payı və hədiyyəni geri almaqdan,
Ərli qadına gözünü dikməkdən utan.
24 Öz qarabaşına sataşmaqdan,
Onun yatağına yaxınlaşmaqdan utan.
25 Dostların
 
önündə
 
məzəmmət
sözlərindən,
Bəxşiş verəndən sonra qınamaqdan utan.
26 Şayiələri təkrar etməkdən,
Gizlində söylənənləri faş etməkdən utan.
27 Bunların hamısına əməl etsən,
Əsl utancaqlığı nümayiş etdirəcəksən,
Hər   bir   insanın   önündə   rəğbət
qazanacaqsan.
42

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin