Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə275/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   271   272   273   274   275   276   277   278   ...   304
Barux

Allahın təbiətdə zühuru
15 İndi isə Rəbbin işlərini yada salacağam,
Gördüklərim barədə ətraflı danışacağam.
Rəbbin sözləri ilə Onun işləri zahir olur,
Hər şey Onun xoş iradəsi ilə baş verir.
k
16 Parlayan günəş hər şeyin üzərinə nəzər
salır,
Beləcə,   Rəbbin   işi   Özünün   izzəti   ilə
doludur.
17 Rəbb   bütün   ecazkar   işlərini   bəyan
etməyi
Mələklərə həvalə etməmişdir.
Külli-İxtiyar   Rəbb   kainatı   Öz   izzəti   ilə
bərqərar etmək üçün
Bu ecazkar işləri qoymuşdur.
18 O,   dibsiz   dərinlikdə   və   ürəkdə   nə
olduğunu bilir,
Onların heyrətli işlərini görür.
Çünki Uca Olan hər bilikdən xəbərdardır,
Dövrün əlamətlərinə nəzər salır.
19 Keçmiş   və   gələcək   hadisələri   bəyan
edir,
Gizli şeylərin izlərini aşkara çıxarır.
20 Heç bir fikir Ondan yan keçməz,
Heç bir söz Ondan gizlənməz.
21 O,   Öz   hikmətinin   əzəmətli   işlərini
nizamladı,
Belə   ki,   əzəldən   əbədiyyətə   qədər
mövcuddur.
Ona nəsə artırıb-əskiltməyə lüzum yoxdur,
Onun heç bir məsləhətçiyə ehtiyacı yoxdur.
22 Onun bütün işləri necə də cəlbedicidir,
Baxanda necə də göz qamaşdırır!
23 Bunların hamısı yaşayır və əbədi qalır,
Öz vəzifəsini icra edir və hər biri tabe olur.
24 Hər şey ikilidir və hər şeyin əksi vardır,
O, heç bir şeyi əskik yaratmayıb.
25 Bir şey digərinin xeyrinə xidmət edir.
Rəbbin   izzətini   seyr   etməkdən   kim   doya
bilər?
----------------------------------------------------
k42:15 Bəzi əlyazmalar «hər şey Onun xoş
iradəsi   ilə   baş   verir»   cümləsini   əlavə
edirlər.
43

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin