Deuterokanonik kitabları Yoxlama versiyası


Günəş, ay və ulduzlar barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə276/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   272   273   274   275   276   277   278   279   ...   304
Barux

Günəş, ay və ulduzlar barədə
1 Uca fəzanın əzəməti, aydın göy qübbəsi

Səmanın necə də izzətli mənzərəsi var!
2 Günəş   doğarkən   və   göyə   qalxarkən
bəyan edir:
«Ecazkar   yaradılış   olan   mən   Uca   Olanın
işiyəm».
3 Günəş ən yüksək nöqtədə olarkən torpağı
quraqlığa çevirir,
Onun hərarətinə kim davam gətirə bilər?
4 Əritmə işləri zamanı sobanı püfkürürlər,
Amma günəş dağları üç qat artıq yaxır.
O,   alovlu   buxar   püfkürərək,   şüalarla
parlayaraq
Gözləri qamaşdırır.
5 Günəşi yaradan Rəbb əzəmətlidir,
Günəş Rəbbin sözü ilə öz yolu ilə sürətlə
hərəkət edir.
6 Aya gəlincə, o da öz növbəsində dayanıb,
Ayları bildirir və zamanın əlaməti olur.
7 Bayramların gəlişini ay göstərir,
190


Bədirləndikdən   sonra   onun   işığı   tədricən
kiçilir.
8 Aylar ona uyğun olaraq adını alır,
O,   öz   dəyişikliyi   zamanı   ecazkarlıqla
böyüyür.
Ay ucalarda olan ordunun çırağıdır,
O, göy qübbəsində parlayır.
9 Göylərin
 
gözəlliyi
 
ulduzların
izzətindədir,
Onlar   Rəbbə   məxsus   ucalarda   parlayan
bəzəkdir.
10 Müqəddəs   Olanın   sözü   ilə   hökmə
uyğun dayanırlar,
Öz   növbələrini   tutmaqdan   əsla
yorulmurlar.
11 Göy   qurşağına   nəzər   sal   və   onu
Yaradana alqış et,
Bərq vurarkən o, olduqca gözəldir.
12 Əzəmətli dairə ilə səmanı əhatəyə alır,
Uca Olanın əlləri ona uzanır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin