Təbiətin möcüzələri 13 Rəbb Öz fərmanı ilə qarı tələsdirir,
Hökmünün parıltısı olan şimşək çaxır.
14 Eyni şəkildə səma anbarları açılır,
Buludlar quş kimi uçub çıxır.
15 Öz
qüdrəti
ilə
buludları
möhkəmləndirir,
Dolu parçalarını dağıdıb yerə tökür.
16 Onun nəzərindən dağlar silkələnir,
Onun iradəsi ilə səmum küləyi əsir.
17 Onun ildırımının səsi yeri lərzəyə salır,
Şimal qasırğası və burulğan olur.
18 Aşağıya uçan quşlar kimi qar səpələyir,
Qarın yağması çəyirtkə axını kimidir.
Onun bəyazlığının gözəlliyi göz oxşayır,
Onun yağması qəlbi heyran edir.
19 Rəbb torpağın üzərinə duz kimi qırov
tökür,
O da donaraq iti sırsıraya çevrilir.
20 Soyuq şimal küləyi əsir,
Suyun üstü buz bağlayır.
Buz bütün su hövzələri üzərində qərar
tutur,
Su sanki dəbilqəyə bürünür.
21 Rəbb dağları dağıdır və çöllüyü
yandırıb-yaxır,
Atəş otları alışdırır.
22 Amma duman hər şeyin təcili şəfasına
xidmət edir,
Düşən şeh bürkünü sərinləşdirir.
23 Rəbb Öz niyyəti ilə dənizin dərinliyini
azaldır,
Onun arasına adalar salır.
24 Dənizlə yola çıxanlar bunun
təhlükəsindən danışırlar,
Biz də qulaqlarımızla eşitdiklərimizdən
heyrətə gəlirik.
25 Çünki dənizdə qəribə və möcüzəli işlər,
Hər cür varlıq və nəhəng dəniz canlıları
olur.
26 Rəbbin sayəsində hər şey uğurla öz
məqsədinə çatır,
Hər şey Onun sözü ilə qərar tutur.
27 Biz çox şey söyləyə bilərik, amma yenə
yetərli olmaz,
Sözün qısası: «Rəbb hər şeydə və hər
yerdədir».
l
28 Onu izzətləndirmək üçün haradan güc
tapa bilərik?
Çünki O, Öz işlərinin hamısından
üstündür.
29 Rəbb zəhmlidir və çox əzəmətlidir,
Onun qüdrəti ecazkardır.
30 Rəbbi izzətləndirərkən Onu ucaldın,
Bacardığınız qədər bunu edin, çünki O,
bundan da üstündür.
Onu ucaldarkən gücünüzü artırın,
yorulmayın,
Bununla belə, yenə yetərli olmayacaq.
31 Kim Onu gördü ki, təsvir edə bilsin?
Olduğu kimi Onu kim izzətləndirə bilər?
32 Görünənlərdən də çox şey gizlində
qalıb,
191
Çünki biz Onun işlərinin az hissəsini
görürük.
33 Beləcə, hər şeyi yaradan Rəbdir,
Mömin insanlara da müdrikliyi O
vermişdir.
----------------------------------------------------
l43:27 Yunan mətnində hərfi: «Hər şey
Odur».
44