Hakimlər 11 Hakimlər də hər biri öz adı ilə tanınırdı,
Ürəkləri xəyanətə uymamışdı,
Rəbdən üz döndərməmişdilər.
Qoy onların xatirəsinə xeyir-dua olsun!
12 Qoy nəsilləri bəhər versin,
Adları övladlarına ötürülsün.
Şamuel 13 Şamuel öz Rəbbinin sevimlisi,
Rəbbin peyğəmbəri idi.
O, padşahlığı təsis etdi, öz xalqı üçün
başçıları məsh etdi.
14 Rəbbin Qanununa uyğun camaata
hakimlik etdi.
Rəbb də Yaqubun nəslinə nəzər saldı.
15 O, imanı sayəsində peyğəmbərliyini
isbat etdi,
Görüntünün həqiqiliyi sözləri vasitəsilə
bəlli oldu.
16 Düşmənləri hər tərəfdən sıxışdırarkən
Külli-İxtiyar Rəbbi çağırdı,
Ona bir südəmər quzu təqdim etdi.
17 Rəbb göylərdən guruldadı,
Uca səda ilə Öz səsini eşitdirdi.
18 Surluların rəhbərlərini,
Filiştlilərin bütün başçılarını silib atdı.
19 Əbədi yuxuya getməzdən əvvəl
Rəbbin və Onun məsh etdiyi padşahın
önündə şəhadət etdi:
«Heç kəsdən mal, bir çarıq belə, qəbul
etmədim».
Bir adam da ona iddia irəli sürmədi.
20 Rəhmətə gedəndən sonra da
peyğəmbərlik etdi,
Padşaha ölümünü bildirdi.
Peyğəmbərlik vasitəsilə yer üzündə səsini
qaldırdı,
İstədi ki, xalqın günahları silinib atılsın.
47