Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə282/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   278   279   280   281   282   283   284   285   ...   304
Barux

Rexovam və Yarovam
23 Süleyman öz ataları ilə uyudu,
Öz nəslindən birini yerinə qoyub getdi.
Bu, xalq içində ən ağılsız olan,
Dərrakədən məhrum Rexovam idi ki,
Öz siyasəti ilə xalqı qiyama sövq etdi.
24 Bundan   sonra   Navat   oğlu   Yarovam
İsrailə günah etdirdi,
Efrayimin   nəsillərini   günah   yoluna
sürüklədi.
Onların günahları o dərəcədə çoxaldı ki,
Öz torpaqlarından qovuldular.
25 Üzərlərinə cəza gələnə qədər
Hər cür pis işə əl atdılar.
48
İlyas
1 Bundan sonra İlyas peyğəmbər alov kimi
ortaya çıxdı,
Sözü çıraq kimi alışırdı.
2 O, xalqın üzərinə qıtlıq gətirdi,
Allahın təəssübünü çəkərək
Xalqından   olanların   sayının   azalmasına
bais oldu.
3 Rəbbin sözü ilə göyləri bağladı,
Həm də üç dəfə yerə od endirdi.
4 Ey İlyas, öz möcüzələrinlə necə də izzətli
idin!
Kim sənin kimi öyünə bilər?
5 Sən Uca Olanın sözü ilə ölünü
Ölümdən və ölülər diyarından diriltdin.
6 Padşahları həlaka apardın,
Şöhrətliləri yatağından endirdin.
7 Sina   dağında   xalqın   məzəmmət
edilməsini,
Xorevdəki cəza hökmlərini eşitdin.
8 Qisas alacaq padşahı,
Özündən sonra varisin olacaq peyğəmbəri
məsh etdin.
9 Od qasırğasında, odlu atlar arabasında
Yuxarı aparıldın.
10 Sən müəyyən vaxtda
Xəbərdarlıq üçün təyin edilmisən ki,
Qəzəbin hiddətə çevrilməsindən qabaq onu
dayandırasan,
Atanın ürəyini oğula tərəf döndərəsən,
Yaqubun   qəbilələrini   yenidən   bərpa
edəsən.
11 Nə   bəxtiyardır   səni   görənlər   və
məhəbbətdə uyuyanlar.
Qoy biz də o vaxta qədər yaşaya bilək!
Elişa
12 O vaxt ki İlyas qasırğaya büründü,
Elişa onun ruhu ilə doldu.
O,   öz   dövründə   heç   bir   başçının   önündə
lərzəyə düşmədi,
Heç kəs ona təzyiq edə bilmədi.
13 Heç bir söz ona çətin gəlmədi,
Hətta uyuyarkən cismi ilə möcüzə göstərdi.
14 Ömrü boyu möcüzələr etdi,
Ölərkən etdiyi işlər ecazkar idi.
 
15 Bütün bunlara baxmayaraq, xalq tövbə
etmədi,
Günahlarından əl çəkmədi.
Ta o vaxtacan ki, öz torpaqlarından yığılıb
aparıldılar,
Bütün yer üzünə səpələndilər.
16 Ölkədə az sayda adam qaldı,
Başçıları da Davud nəslindən idi.
Onlardan bir qismi Allaha məqbul oldu,
Bir qismi isə günahlarını çoxaltdı.
Xizqiya
17 Xizqiya öz şəhərini möhkəmləndirdi,
Onun içinə su çəkdi.
Dəmirlə qayaları yardı,
Su üçün hövzələr düzəltdi.
18 O günlərdə Sanxeriv hücum etdi,
Rabsakı göndərdi.
O da gəlib əlini Siona qarşı qaldırdı,
Özünü məğrur tutub çox lovğalandı.
19 O zaman şəhər sakinlərinin ürəkləri və
əlləri titrədi,
Doğuş ağrısı çəkən qadına bənzədilər.
197


20 Mərhəmətli olan Rəbbi çağırdılar,
Əllərini Ona tərəf uzatdılar.
Müqəddəs   Olan   dərhal   göylərdən   onları
eşitdi,
Yeşayanın vasitəsilə onlara qurtuluş verdi.
21 Rəbb   Aşşurluların   ordugahına   zərbə
vurdu,
Onun mələyi onları məhv etdi.
22 Çünki Xizqiya Rəbbə məqbul olan işlər
etdi,
Əcdadı   Davudun   yollarından   möhkəm
yapışdı.
Bunu   böyük   insan   və   görüntüləri   həqiqi
olan
Yeşaya peyğəmbər əmr etmişdi.
Yeşaya
23 Onun   peyğəmbərlik   etdiyi   günlərdə
günəş tərsinə hərəkət etdi,
O, padşahın ömrünü uzatdı.
24 Allahın   əzəmətli   Ruhu   ilə   gələcəyi
gördü,
Sionda yas tutanlara təsəlli verdi.
25 Əbədiyyətə qədər olacaqları göstərdi,
Gizli   olanları   baş   verməzdən   qabaq
bildirdi.
49
Yoşiya
1 Yoşiyanın xatirəsi
Ətriyyatçı tərəfindən hazırlanmış
Buxur tərkibi kimidir.
O, hər ağızda bal kimi şirindir,
Şərab   ziyafətində   çalınan   musiqiyə
bənzəyər.
2 Yoşiya xalqı düz yola tərəf döndərdi,
Qanuna zidd olan iyrənclikləri silib atdı.
3 O, öz ürəyini Rəbbə tərəf yönəltdi,
Qanuna   riayət   edilmədiyi   dövrdə
möminliyi möhkəmləndirdi.
Yeremya
4 Davud, Xizqiya və Yoşiyadan başqa,
Padşahların hamısı çox səhv yola düşdülər,
Çünki Uca Olanın Qanununu tərk etdilər.
Yəhuda   padşahlarının   hakimiyyəti   sona
çatdı.
5 Çünki qüdrətlərini başqalarına,
İzzətlərini yad millətə verdilər.
6 Seçilmiş müqəddəs şəhər yandırıldı,
Küçələri boş qaldı.
7 Yeremya bunları qabaqcadan bildirmişdi.
Buna görə də onunla pis rəftar etdilər.
O,   anasının   bətnindən   peyğəmbərliyə
təqdis edilmişdi.
Vəzifəsi həm yıxmaq, dağıtmaq və məhv
etmək,
Həm də tikmək və əkmək idi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin