Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə285/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   281   282   283   284   285   286   287   288   ...   304
Barux

Üç millət barədə
25 Qəlbimi hiddətləndirən iki millət var,
Üçüncüsünə isə millət demək olmaz:
26 Seir   dağında   sakin   olan   Edomlular,
Filiştlilər,
Şekemdə   yaşayan   axmaq   xalq   olan
Samariyalılar.
Nəticə
27 Həmin müdriklik və bilik təlimini
Mən, Yerusəlimli Eleazar oğlu Sirax oğlu
Yeşua
Düşüncəmdən hikmət çıxararaq bu kitaba
həkk etmişəm.
28 Nə   bəxtiyardır   bu   mövzularla   məşğul
olan adam!
Bunları   düşüncəsinə   qəbul   edən   kəs
müdrik olar.
29 Əgər bunları icra etsə, hər şeyi bacarar.
Çünki   Rəbbin   nuru   onun   yolunu
işıqlandırar.
----------------------------------------------------
m50:3 Bax: 1Pad.7:23.
51
Rəbbə alqış
1 Ey   Rəbb   və   Padşah,   Səni   mədh
edəcəyəm,
Mənim xilaskarım olan Allah, Sənə şükür
edəcəyəm,
Sənin adını mədh edəcəyəm.
2 Çünki Sən mənə himayədar və yardımçı
oldun,
Vücudumu   həlakdan,   böhtançı   dilin
tələsindən,
Yalan hasil edən ağızdan satın aldın.
Əleyhimə çıxanların qarşısında
Mənə köməkçi və satınalan oldun.
3 Mərhəmətinin bolluğuna və adına görə
Məni udmaq istəyən ağızlardan,
Canımı almaq istəyənlərin əllərindən,
Çəkdiyim   çoxlu   əziyyətdən   məni
qurtardın.
4 Hər tərəfdən boğucu olan alovdan,
Yanmadığım bir odun içindən,
5 Ölülər diyarının dərinliklərindən,
Natəmiz dildən, yalan sözdən,
6 Padşahın önündə haqsız adamın
Böhtançı dilindən məni qurtardın.
Canım ölümə yaxınlaşdı,
Həyatım ölülər diyarının dibinə yanaşdı.
7 Düşmənlər   hər   tərəfdən   məni   əhatəyə
almışdılar,
Mənə kömək edən yox idi,
200


Mən insanlardan yardım gözlədim, amma
heç kəs yox idi.
8 Onda, ya Rəbb, Sənin mərhəmətini,
Əzəlki   vaxtlardan   Sənin   xeyirxah   işlərini
xatırladım.
Çünki Səndən gözləyənləri qurtarırsan,
Düşmənlərin əlindən onları xilas edirsən.
9 Xahişimi yer üzündən göyə yüksəltdim,
Ölümdən qurtulmaq üçün yalvardım.
10 Rəbbi çağırdım:
«Ey Ata olan Rəbbim, sıxıntılı günlərimdə,
Lovğa   adamlardan   kömək   olmadığı
vaxtlarda
Məni tərk etmə.
Sənin adına aramsız şükür edəcəyəm,
Təşəkkürlə ilahi oxuyacağam».
11 Xahişim eşidildi,
Çünki məni həlakdan qurtardın,
Pis gündən qurtuluş verdin.
12 Bu səbəbdən Sənə minnətdar olub şükür
edəcəyəm,
Rəbbin adına xeyir-dua edəcəyəm.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin