Kitabın məzmunu: 1:1-7 Bütpəstlikdən çəkinmək
1:8-73 Bütlərin faydasızlığı
1
Bütpəstlikdən çəkinmək 1 Babil padşahı Navuxodonosor tərəfindən
Babilə sürgün edilənlərə Yeremyanın
göndərdiyi məktubun surəti; bu, onlara
bəyan etməkdən ötrü ona Allah tərəfindən
əmr olunmuşdu.
2 Allah qarşısında etdiyiniz günahlara görə
Babil padşahı Navuxodonosor tərəfindən
Babilə sürgünə aparılacaqsınız. 3 Belə ki,
Babilə girərək çox illər və uzun müddət,
hətta yeddi nəslə qədər orada qalacaqsınız;
bundan sonra Mən sizi oradan sülh içində
çıxaracağam. 4 İndi siz Babildə
bütpərəstlərin çiyinlərində daşıdığı və
onları qorxuya salan gümüşdən, qızıldan
və ağacdan olan allahları görəcəksiniz.
5 Beləcə, özünüzü gözləyin ki, siz də
yadellilərə bənzəməyəsiniz və bu allahların
qarşısında sizi qorxu bürüməsin. 6 Onların
qarşısında öndən və arxadan kütlənin səcdə
etdiyini görəndə düşüncənizdə deyin:
«Külli-İxtiyar, Sənə səcdə etmək
lazımdır!» 7 Çünki Mənim mələyim
sizinlədir və o, canlarınızı müdafiə edəcək.