Deuterokanonik kitabları Yoxlama versiyası


-64 Daniel Susannanı xilas edir



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə301/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   296   297   298   299   300   301   302   303   304
Barux

42-64 Daniel Susannanı xilas edir
42 
Susanna yüksək səslə fəryad etdi və dedi:
«Ey əbədi Var Olan Allah, Səndən heç bir
şey   gizli   deyil,   Sən   bütün   olacaq   şeyləri
əvvəlcədən bilirsən.  
43 
Bu adamların mənə
qarşı   yalan   söylədiklərini   bilirsən,   budur,
mən heç bir günah etmədən, bu adamların
pis niyyətlərinə görə ölməliyəm».  
44 
Rəbb
Susannanın səsini eşitdi.  
45 
Susanna ölümə
məhkum   edilmək   üçün   aparılanda   Allah
Daniel adlı gəncin ruhunu oyatdı  
46 
və o,
yüksək   səslə   bağırdı:   «Onun   ölümünə
səbəb   olanlardan   biri   olmaqdan   imtina
edirəm!»  
47 
Onda   bütün   xalq   ona   tərəf
döndü   və   dedi:   «Dediyin   bu   söz   nədir?»
48 
Onda   Daniel   onların   qarşısında   ayağa
qalxıb   belə   söylədi:   «Siz   belə
düşüncəsizsinizmi, ey İsrail nəsli, həqiqəti
araşdırmadan və həqiqəti bilmədən İsrailin
qızını məhkum edəcəksiniz? 
49 
Məhkəməyə
bir də baxın, çünki bu adamlar ona qarşı
yalan   şahidlik   etmişdilər».  
50 
Hamı   geri
qayıtdı   və   rəislik   edən   adamlar   Danielə
belə   dedilər:   «Bizim   yanımızda   otur   və
bizə demək istədiklərini açıqla, çünki Allah
sənə hakimlik verib». 
51 
Daniel onlara belə
dedi: «Bu iki hakimi bir-birindən ayırın və
mən   onları   ayrı-ayrı   dindirəcəyəm».
52 
Onları   bir-birindən   ayırandan   sonra
Daniel birinci hakimi çağırdı və ona belə
dedi:   «Pislikdə   qartlamış   qoca,   indi
əvvəllər   etdiyin   bütün   günahların   aşkar
oldu.  
53 
Günahsızları   məhkum   edərək   və
günahkarlara bəraət verərək adil olmayan
qərarlar çıxarırdın. Amma Rəbb “təqsirsizi
və günahsızı öldürmə” deyib.  
54 
Belə olan
halda, əgər sən onların əxlaqsızlıq etdiyini
görmüsənsə, onda de görüm, onları hansı
ağacın   altında   görmüsən?»   O   dedi:
«Saqqız   ağacının  altında».  
55 
Daniel   dedi:
«Düzdür!   Bu   yalanının   cəzasını
çəkəcəksən; budur, səni şaqqalamaq (ikiyə
bölmək)   üçün   Allahın   mələyinə   Allah
tərəfindən   əmr   verildi».  
56 
Birinci   hakim
oradan   uzaqlaşdırılandan   sonra   ikincisini
Danielin   yanına   gətirdilər   və   Daniel   ona
dedi:   «Yəhudidən   çox   Kənanlıya
oxşayırsan.   Bu   qadının   gözəlliyi   səni
yoldan   çıxartdı   və   düşüncələrini   şəhvət
pozdu.
 
57 
İsrailin   qadınları   səndən
qorxduqları üçün onlarla istədiyini etməyə
vərdiş   etdin;   amma  Yəhudi   qızı   pislikdə
səninlə   ortaq   olmaz.  
58 
İndi   mənə   de
görüm,   onları   hansı   ağacın   altında
gördün?»   İkinci   hakim   belə
cavab0020verdi: «Palıd ağacının altında».
59 
Daniel   dedi:   «Düzdür!   Bu   yalanının
cəzasını   həyatınla   ödəyəcəksən,   çünki
215


Allahın   mələyi   səni   ikiyə   bölmək   üçün
əlində qılınc hazır durub. Beləcə ikinizdən
də   qurtulacağıq».  
60 
Bundan   sonra   bütün
toplananlar   uca   səslə   Ona   ümid
bağlayanları xilas edən Allahı alqışladılar.
61 
Hamı   bu   iki   hakimə   qarşı   çıxdı,   çünki
Daniel onların ağzından çıxan yalanı ifşa
etdi. 
62 
Musanın qanununa görə öz yaxınına
qarşı yalan şahidlik edənlərə edilən cəza ilə
onları   cəzalandırdılar.   Beləcə   iki   hakim
ölümə  məhkum   edildi   və   günahsız  qadın
xilas oldu. 
63 
Susannanın atası və anası, əri
və   bütün   qohum-əqrəbası   Allahı
izzətləndirdilər,   çünki   onda   utanmalı   heç
bir   şey   aşkara   çıxmamışdı.  
64 
O   gündən
etibarən Daniel insanlar qarşısında böyük
nüfuz qazandı.
14-cü Fəsil

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin