Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   27   28   29   30   31   32   33   34   ...   304
Barux

Kitabın məzmunu:
1:1–2:23 Esterin mələkə olması
3:1–4:47 Yəhudilərə qarşı Hamanın sui-qəsdi
5:1–7:10 Hamanın öldürülməsi
8:1–10:14 Yəhudilərin qələbəsi
1
Mordokayın yuxusu
A
1 [1]   Böyük   Axaşveroşun   padşahlığının
ikinci ilində, Nisan ayının birinci günündə,
Binyamin   qəbiləsindən   Kiş   oğlu,   Şimi
oğlu, Yair oğlu Mordokay bir yuxu gördü. 
[2] O, Şuşan şəhərində yaşayan bir yəhudi
idi və padşah sarayında böyük vəzifəsi var
idi. 3 [3] Babil padşahı Navuxodonosorun
Yəhuda   padşahı   Yehoyakinlə   birlikdə
Yerusəlimdən sürgün etdiyi əsirlərdən biri
idi.
4 [4] Mordokayın gördüyü yuxu belə idi:
yer üzündə dəhşətli səs-küy, göy gurultusu,
zəlzələ və çaxnaşma var. 5 [5] Budur, bir-
biri ilə vuruşmağa hazır olan, çox ucadan
nərildəyə-nərildəyə   iki   böyük   əjdaha
göründü.   6 [6]   Onların   səsini   eşidən
xalqlar   saleh   xalqı   vurmaq   üçün
müharibəyə hazırlaşdılar. 7 [7] Yer üzündə
qaranlıq və zülmət, kədər və sıxıntı, iztirab
və   çaxnaşma   günüdür.   8 [8]   Saleh   xalq
karıxdı, onları gözləyən bəla içində dəhşətə
düşdü   və   ölümə   hazırlaşaraq   Allaha
yalvardı.   9 [9]   Sonra   bu   fəryaddan   kiçik
bulaqdan   gəlirmiş   kimi   böyük   bir   çay
doğdu və su sel kimi axdı. 10 [10] Günəş
və işıq parlamağa başladı və özünü aşağı
tutanlar   ucaldılar   və   şöhrətpərəstləri
qırdılar.
11 [11] Allahın nə etmək istədiyini təsvir
edən   gördüyü   bu   yuxudan   oyanan
Mordokay onu ürəyində saxladı və bunun
mənasını   təfsilatı   ilə   başa   düşmək   üçün
gecənin qalan hissəsini əlləşdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin