Axaşveroşun ziyafəti 1 18 [1] Bunlar Axaşveroşun günlərində baş
vermişdi. Axaşveroşun imperatorluğu
Hindistandan başlayır və yüz iyirmi yeddi
vilayəti əhatə edirdi. 19 [2] O günlərdə
padşah Axaşveroş Şuşan şəhərində taxtında
oturmuşdu. 20 [3] Padşahlığının üçüncü
ilində bütün dostlarına, müxtəlif millətlərin
nümayəndələrinə, Fars və Midiya
hakimlərinə və vilayət canişinlərinə
sarayında bir ziyafət verdi. 21 [4] Beləcə,
imperatorluğunun var-dövlət və cah-
calalını, padşahlığının böyüklüyünü və
hörmətini nümayiş etdirdi. Şənliklər uzun
müddət davam etdi, yüz səksən gün çəkdi.
22 [5] Bu toy şənliklərindən sonra padşah
sarayının həyətində şəhərdə yaşayan
böyükdən kiçiyə kimi hər kəs üçün altı gün
davam edən bir ziyafət verdi. 23 [6] Ağ və
bənövşəyi pərdələr incə kətandan və açıq
bənövşəyi iplikdən düzəldilmiş kəndirlərlə
başında qızıl və gümüş bəzəkləri olan
mərmər sütunlardan asılmışdı. Həyətdə
porfir, mərmər, sədəf və qiymətli daşlarla
işlənmiş şəbəkə üzərində qızıl və gümüş
bəzəkləri olan kürsülər var idi. Hər
kürsünün üzərindəki örtüyün ortasında
müxtəlif güllər, kənarlarında isə rəngarəng
qızılgül tikmə bəzəkləri var idi. 24 [7]
İçkilər müxtəlif qızıl və gümüş qədəhlərdə
içilirdi; orada otuz min talantdan çox
qiyməti olan yaqutlarla bəzədilmiş kiçik
piyalə var idi; padşahın içdiyi şərablar
bolluqla paylanırdı. 25 [8] İçki içmək
məcburiyyəti olmadığı üçün padşahın
əmrinə uyğun olaraq, evdəki köməkçilər
hər qonaqla onun istədiyi kimi
davranırdılar.