Mordokay və Haman 19 Mordokay sarayda xidmət edirdi.
20 Ester
öz
qohum-əqrəbalarını
açıqlamamışdı, çünki bunu ona Mordokay
tapşırmışdı. Mordokay həmçinin Esterə
onu böyütdüyü günlərdə olduğu kimi,
Allahdan qorxmağı və Onun əmrlərinə
əməl etməyi tapşırmışdı. Ester öz həyat
tərzini dəyişməmişdi.
21 Padşahın əsas mühafizəçisi olan iki
xacə Mordokayın yüksək vəzifə almasına
görə qeyzlənmişdi. Onlar padşah
Axaşveroşu öldürmək məqsədi ilə bir sui-
qəsd hazırlayırdılar. 22 Vəziyyəti öyrənən
Mordokay mələkə Esterə bu barədə xəbər
verdi; o da padşaha bu plan barədə bildirdi.
23 Padşah iki xacəni istintaq etdi və onları
asdı. Mordokayın bu xeyirxahlığı
unudulmasın deyə, padşah bu hadisəyə aid
sənədi öz kitabxanasına qoymağı əmr etdi.
3 1 [1] Qısa müddətdən sonra padşah
Axaşveroş Aqaqlı Hammedata oğlu
Hamanı daha yüksək vəzifəyə təyin etdi.
Padşah onu özünün digər dostlarından
daha üstün etdi. 2 [2] Sarayda hamı
Hamana padşahın əmrinə uyğun olaraq
ehtiram göstərirdi, Mordokay isə ona
ehtiram göstərmirdi. 3 [3] Padşah
sarayında xidmət edənlər Mordokaydan
«Mordokay, sən niyə padşahın söylədiyinə
itaət etmirsən?» deyə soruşdular. 4 [4]
Onlar bu sualı hər gün Mordokaya
verirdilər, amma o, onlara əhəmiyyət
vermirdi. Axırda xidmətçilər Mordokayın
padşahın əmrinə itaət etmədiyini və onlara
Yəhudi olduğunu söylədiyini Hamana
bildirdilər. 5 [5] Mordokayın ona ehtiram
etmədiyini öyrənəndə Haman bərk
qəzəbləndi. 6 [6] O, Axaşveroşun
imperatorluğundakı hər bir Yəhudini məhv
etmək qərarına gəldi.