bir günündə Yəhudi xalqını məhv etmək və
onların mülkünü müsadirə etmək üçün
qasidlər
vasitəsilə
Axaşveroşun
padşahlığının hər yerinə məktublar
göndərildi.
a
----------------------------------------------------
¶
a3-cü fəsil «B» fəslindən sonra davam
edir.
B
14 [1] Məktubun məzmunu belədir:
Böyük padşah Axaşveroşdan Hindistandan
Həbəşistana qədər uzanan yüz iyirmi yeddi
vilayətə və onlara tabe olan canişinlərə:
15 [2] «Bir çox xalqlar üzərində padşahlıq
və bütün kainat üzərində hökmranlıq
edərək, hakimiyyətin qürurundan
təkəbbürlənməyərək, daim həlimlik və
sakitliklə idarə edərək rəiyyətin həyatının
həmişə dinc olmalarını, öz padşahlığımın
əmin-amanlığını və onun bütün
hüdudlarında asan keçilən olmasını
gözləyərək adamların hamısı üçün arzu
olunan sülhü bərpa etmək istəyirəm.
16 [3] Buna necə nail olmağı
müşavirlərimdən soruşduqda aramızda öz
müdrikliyi ilə seçilən, əvəzsiz lütfkarlığa,
möhkəm sadiqlik sübutuna malik olan və
padşahlıqda ikinci hörmət sahibi olan
Haman bizə başa saldı ki, 17 [4] pis
xasiyyətli bəzi insanlar dünyanın bütün
qəbilələri arasına yayılmışdır. Onlar öz
qanunları ilə bütün millətlərə qarşıdırlar və
padşahın əmrlərinə biganəlik edirlər.
Onların hərəkətləri hər kəsin yaxşılığı üçün
davam etdirdiyimiz dövlət rəhbərliyinə
mane olmaqdır.
18 [5] Belə vəziyyətdə aydın olur ki, öz
xislətlərində tək olan bu insanlar qəti
şəkildə bütün insanlığa qarşıdırlar, çünki
öz qəribə qanunları ilə onlardan ayrılırlar.
Bu insanlar mənafeyimizə düşməndirlər və
ən iyrənc günahlar edirlər. Belə ki,
padşahlığın sarsılmazlığını təhlükəyə
məruz qoyurlar. Beləliklə, yalnız bu xalqın
həmişə hər bir insana qarşı olduğu,
qanunlara zidd həyat tərzi sürdüyü və
bizim işlərimizə qarşı çıxaraq
padşahlığımızın abadlaşdırılmasına nail
olunmaması üçün çox böyük pisliklər
etdiyi görünür. 19 [6] Əmrimiz budur ki,
mülkiyyətimizi qoruyan və bizə ikinci ata
olan Hamanın yazdığı məktublarda
göstərilmiş kişilər, qadınlar və uşaqlarla
birlikdə, ümumiyyətlə, düşmənləri
tərəfindən qılıncdan keçirilsinlər. Onların
kökü kəsiləcək. Heç kim onlara rəhm
etməyəcək, onları bağışlamayacaq və bu
hadisə bu ilin on ikinci ayı olan Adar
ayının on dördüncü günündə həyata
keçəcək. 20 [7] Beləcə keçmişdəki və
bugünkü pis adamlar bir günün içində
ölülər diyarına atılmağa məcbur
ediləcəklər ki, sonrakı həyatımızı sona
qədər sülhdə və rahatlıqda keçirməyimizə
mane olmasınlar».
3
21 [14] Məktubun surətləri hər torpağa
göndərildi. Əmr olundu ki, bütün xalqlar
həmin günə hazır olsunlar. 22 [15]
Fəaliyyət sürətlə Şuşana da yayıldı.
Padşahla Haman yeyib-içən vaxt şəhər
həyəcana düşmüşdü.
4
Dostları ilə paylaş: