fəryada, hüznə və böyük yasa qərq oldular.
Onlar çul və kül içində qaldılar.
4 [4] Xidmətçiləri və xacələr gəlib bunları
mələkəyə bildirdilər, o, baş verənləri
eşidəndə həyəcanlandı. O, paltar geyib
çulu çıxartması barədə Mordokaya xəbər
göndərdi, amma onu inandıra bilmədi.
5 [5] Onda Ester onun müşayiətçisi olan
xacə Hatakı çağırtdırdı. Onu özü üçün
Mordokaydan dəqiq məlumat gətirmək
məqsədi ilə göndərdi. 6 [6] 7 [7] Mordokay
baş verənləri ona bildirdi və Hamanın
Yəhudiləri məhv edə bilməsi üçün
xəzinəyə on min talant ödəyəcəyi barədə
padşaha vəd verdiyini söylədi. 8 [8] Esterə
göstərməsi üçün Şuşanda bəyan edilən,
Yəhudiləri məhv etməyi bildirən yazının
bir surətini ona verdi. Bundan başqa, ona
söylədi ki, Esterə padşahın yanına gedib
ondan xahiş etməyi və öz xalqı naminə
təmənna etməyi buyursun. Ona belə xəbər
göndərdi: «Əvvəlki sadə həyatını yada sal,
onda mən səni öz əlimlə boya-başa
çatdırdım. Padşahlığın ikinci adamı olan
Haman hamımızın ölümü üçün müraciət
etdi. Rəbbə yalvar, bizim barəmizdə
padşahla danışıb bizi ölümdən qurtar!»
9 [9] Hatak gəlib bütün bu sözləri Esterə
söylədi. 10 [10] Ester də Hataka dedi: «Get
Mordokaya de ki, 11 [11] padşahlığın
bütün millətləri bilir ki, çağırılmadan
sarayın içində padşaha yanaşan hər hansı
bir kişi, yaxud qadın ölümdən qurtula
bilməz; yalnız padşah qızıl əsanı kimə
uzatsa, o salamat qalar. Mən özüm bu otuz
gün ərzində padşahın yanına getmək üçün
çağırılmamışam».
12 [12] Hatak Esterin bütün sözlərini
Mordokaya bildirəndə 13 [13] Mordokay
Hataka dedi: «Gedib Esterə söylə ki,
padşahlıqda bütün Yəhudilər arasından
təkcə özünün salamat qalacağını düşünmə.
14 [14] Əgər belə bir vaxtda da sən sakit
qalsan, kömək və müdafiə Yəhudilərə
başqa bir yerdən gələcək, lakin sən də,
atanın nəsli də məhv olacaq. Kim bilir,
bəlkə də, elə bu vaxt üçün mələkə
olmusan?»
15 [15] Ester adam göndərdi, o da
Mordokayın yanına gəlib bu sözləri
çatdırdı: 16 [16] «İndi get və Şuşandakı
bütün Yəhudiləri bir yerə topla. Mənim
üçün oruc tutun, üç gün ərzində gecə-
gündüz nə yeyin, nə də için. Mən və
xidmətçilərim də yeməkdən imtina
edəcəyik. Sonra da padşahın yanına
gedəcəyəm, hərçənd ki bu, qanuna ziddir,
amma öləcəyəmsə, qoy ölüm».
17 [17] Mordokay gedib Esterin ona
buyurduğu kimi etdi.
Dostları ilə paylaş: