Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə39/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   35   36   37   38   39   40   41   42   ...   304
Barux

Mordokayın duası
C
18 [1] Bundan sonra Rəbbin bütün işlərini 
yada salaraq Mordokay Rəbbə dua etdi və 
belə dedi:
19 [2] «Rəbbim, səltənət sürən Sənsən,
Hər şeyin Ağası Sənsən,
Sənin gücün hər şeyi idarə edir,
Sən, Sən İsraili xilas etmək istəyəndə
Heç bir kəs Sənə qarşı dura bilməz.
20 [3] Sən göyü və yeri yaratdın,
Səma altında olan
Bütün fövqəltəbii şeyləri Sən yaratdın.
21 [4] Bütün var olanların Rəbbi Sənsən,
Heç kim Sənə müqavimət göstərə bilməz.
22 [5] Sən hər şeyi bilirsən;
Rəbbim, bilirsən ki,
Məni belə hərəkət etməyə məcbur edən
Ədəbsizlik, həddini bilməzlik, boş lovğalıq
deyil;
Şöhrətpərəst Hamana baş əyərək onu 
salamlamağı
Rədd etməyim bu səbəblərdən deyil.
İsrailin xilası üçün onun ayaqlarını
Sevə-sevə öpərdim.
41


23-24 [6-7] Amma mən insan şöhrətini
Allahın şöhrətindən
Üstün tutmamaq üçün bunu etdim.
Rəbbim, mən yalnız Sənə baş əyərək
Salam verirəm.
25-26 [8-9] İndi Rəbbim, Allahım, 
Padşahım,
İbrahimin Allahı,
Öz xalqını bağışla!
Çünki insanlar həlak olmağımızın 
qəsdindədir,
Sənin əzəli mirasını qırmaq istəyirlər.
Misir ölkəsindən Özün üçün satın aldığın
Öz mülkünə xor baxma.
27 [10] Duamı eşit,
Öz mirasına mərhəmətli ol,
Yasımızı şənliyə çevir.
Beləcə, Rəbbim, yaşayaraq
Sənin ismini mədh edək;
Səni izzətləndirən
Dili susdurma, Rəbbim».
28 [11]   Bütün   İsraillilər   var   gücləri   ilə
qışqırıb   çağırdılar,   çünki   ölümlə   üz-üzə
qalmışdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin