41 [24] Bu aslanla qarşılaşdığım zaman
Dilimə xoş sözlər qoy;
Onun ürəyini bizi təqib edənə qarşı
Nifrətlə doldur ki,
Düşmənimizin və onunla əlbir olanların
sonu gəlsin.
42 [25] Bizi isə qüdrətinlə qurtar,
Mənə kömək et, çünki tənhayam,
Səndən başqa kimsəm yoxdur, Rəbbim.
43 [26] Ya Rəbb, Sən hər şeyi bilirsən,
Qanunsuzların şöhrətinə nifrət etdiyimi,
Sünnətsizlərin və hər hansı bir yadellinin
Yatağından iyrəndiyimi bilirsən.
44 [27] Sıxıntı içində olduğumu bilirsən,
Yüksək vəzifəmin rəmzindən iyrəndiyimi
bilirsən.
Padşahın sarayına girdiyim zaman
Başımda olan bu rəmz alnımı qurşayır.
Aybaşı qanı ilə murdarlanmış cındır kimi
ondan iyrənirəm,
Boş vaxtlarımda onu başıma qoymuram.
45 [28] Sənin qulun Hamanın süfrəsindən
dadmayıb,
Padşah ziyafətinə ehtiram göstərməmişəm,
Bütə təqdim olunan şərabdan içməmişəm;
46 [29] Mələkə olduğum gündən bu günə
kimi,
Ya Rəbb, İbrahimin Allahı,
Sənin qulun Səndən başqa heç kimlə
şənlənməyib.
47 [30] Hər şey üzərində gücə malik olan
Allah!
Ümidsizlərin səsini eşit,
Bizi pis niyyətdə olanların əlindən xilas et,
Məni öz qorxumdan qurtar».
Dostları ilə paylaş: