Deuterokanonik kitabları Yoxlama versiyası


Ester padşahın qarşısına çıxır



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə41/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   37   38   39   40   41   42   43   44   ...   304
Barux

5
Ester padşahın qarşısına çıxır
D
1 [1] Üçüncü gün belə oldu ki, Ester dua
etməyi   bitirdi,   xidmət   üçün   olan
geyimlərini   çıxartdı   və   öz   izzət   libasına
büründü.   2-3 [2-3]   Onda   o,   çox   gözəl
göründü, hər şeyi görən Allahı və Xilaskarı
çağırdıqdan sonra iki xidmətçisini özü ilə
götürdü.   Onlardan   birinə   tərəf   əyilib
yüngülcəsinə söykənmişdi, 4 [4] o biri isə
şleyfini (dal ətəyini) tutaraq onun ardınca
gedirdi.   5 [5]   Esterin   gözəlliyi   yüksək
həddə   bərq   vururdu,   siması   xoşbəxt
görünürdü, sanki sevinc içində idi, amma
qorxudan ürəyi sıxılmışdı. 6 [6] O, bütün
qapılardan   keçdikdən   sonra   padşahın
önündə   dayandı.   Padşah   öz   padşahlıq
taxtında   oturmuşdu,   bütün   cah-calalı   ilə
geyinmişdi,   qızıl   və   qiymətli   daşlara
bürünmüşdü.   Çox   qorxunc   bir   görünüşü
var   idi.   7 [7]   Padşah   izzətlə   bərq   vuran
üzünü   yuxarı   qaldıraraq   yüksək   həddə
qəzəblə   ona   baxdı.   Mələkə   səndələdi,
zəiflikdən   rəngi   ağardı   və   başını   onun
önündə gedən xidmətçinin üzərinə qoyaraq
özündən getdi.
8 [8]   Onda   Allah   padşahın   ruhunu
həlimliyə   doğru   dəyişdi.   O   həyəcanlanıb
cəld öz taxtından qalxdı və Esteri qucağına
aldı,   özünə   gələnə   qədər   onu   saxladı.
Sakitləşdirici   sözlərlə   ürək-dirək   verərək
9 [9] ona dedi: «Nə olub, Ester? Mən sənin
qardaşınam,   cəsarətli   ol!   10 [10]   Sən
ölməyəcəksən.   Bizim   fərmanımız   ümumi
şəxslərə aiddir. 11 [11] Yaxın gəl». 12 [12]
Onda   padşah   qızıl   əsanı   qaldırıb   Esterin
boynuna   qoydu;   onu   salamlayaraq   dedi:
«Mənimlə danış».
13 [13] O da padşaha söylədi: «Mən sizi,
ey   ağam,   ilahi   bir   mələk   kimi   gördüm,
mənim   ürəyim   sizin   izzətiniz   qarşısında
qorxudan  həyəcana  düşdü.  14 [14]  Çünki
siz   ecazkarsınız,   ey   ağam,   simanız   lütflə
doludur».
43


15 [15] O danışarkən zəiflikdən səndələdi.
16 [16]   Onda   padşah   və   onun   bütün
nökərləri   həyəcanlandılar   və   o,   mələkəyə
ürək-dirək verdi.
5
17 [3]   Padşah   dedi:   «Nə   arzulayırsan,
Ester?   Xahişin   nədir?   Padşahlığımın
yarısını belə, istəsən, səninki olar». с
18 [4] Onda Ester dedi: «Bu gün mənim
üçün xüsusi gündür. Əgər padşaha məqbul
olsa, Hamanla birgə bu gün hazırladığım
ziyafətə gəlsin».
19 [5]   Padşah   söylədi:   «Haman   mümkün
qədər   tez   gətirilsin   ki,   Esterin   sözləri
yerinə   yetsin».   Beləcə,   hər   ikisi   Esterin
söylədiyi   ziyafətə   gəldi.   20 [6]   Şərab
məclisində   padşah   Esterə   dedi:   «İstəyin
nədir, mələkə Ester? Nə istədiyindən asılı
olmayaraq   həyata   keçəcək».   21 [7]   Ester
dedi:   «Mənim   xahişim   və   təmənnam
budur:   22 [8]   Padşahın   gözündə   lütf
tapdımsa, qoy padşah və Haman sabah da
onlar   üçün   verəcəyim   ziyafətə   gəlsinlər,
sabah da bu şeyləri edəcəyəm».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin