Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə43/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   39   40   41   42   43   44   45   46   ...   304
Barux

Hamanın məğlubiyyəti
1 Amma Rəbb o gecə padşahın yuxusunu
qaçırdı,   o,   öz   müəlliminə   gündəlik
yazılmış qeyd kitablarını gətirməyi və ona
oxumağı   tapşırdı.   2 O,   bu   qeydlərdə
Mordokay   barədə   yazıya   rast   gəldi   ki,
orada   padşahın   mühafizəçisi   olan   iki
xacənin Axaşveroşa sui-qəsd etməyə cəhd
etməsi   barədə   onun   padşaha   məlumat
verməsindən danışılırdı. 3 Padşah soruşdu:
«Etdiyi bu işə görə biz Mordokayı hansı
şərəfə   və   lütfə   layiq   gördük?»   Padşahın
köməkçiləri   cavab   verdilər:   «Sən   onun
üçün heç bir şey etmədin».
4 Padşah Mordokayın xeyirxahlığı barədə
sorğu-sual   etdiyi   vaxt   –   elə   həmin   an
Haman   sarayın   həyətində   idi!   Padşah
soruşdu: «Sarayın həyətində olan kimdir?»
Haman   isə   elə   o   an   həyətə   gəldi   ki,
Mordokay   üçün   hazırladığı   dirəkdən   onu
asmaq üçün padşahla danışsın. 5 Padşahın
köməkçiləri   «Budur,   Haman   sarayın
həyətində   dayanıb!»   deyə   cavab   verdilər.
Padşah «onu çağırın» dedi. 6 Onda padşah
Hamandan   soruşdu:   «Mən   şərəfə   layiq
görmək   istədiyim   şəxsə   nə   etməliyəm?»
Haman   öz-özünə   dedi:   «Padşah   məndən
başqa   kimi   şərəfə   layiq   görmək
istəyəcək?» 7 Sonra padşaha cavab verdi:
«Padşah şərəfə layiq görmək istədiyi şəxs
üçün   bunları   etsin:   8 qoy   padşahın
nökərləri   padşahın   geyindiyi   zərif   kətan
parçadan   xalatı,   padşahın   minib   sürdüyü
44


atı   gətirsinlər   9 və   bunları   padşahın   ən
adlı-sanlı   dostlarından   birinə   versinlər,   o
da   padşahın   sevdiyi   şəxsə   bu   libası
geyindirsin,   onu   ata   mindirsin   və   şəhər
meydanından   keçərək   çar   çəkib   desin:
“Padşahın şərəfə layiq gördüyü hər şəxsə
belə ediləcək”».
10 Onda padşah Hamana dedi: «Dediyinə
uyğun   olaraq   bunu   sarayda   xidmət   edən
Yəhudi   Mordokay   üçün   et.   Dediyin   bir
sözdən belə, yayınma».
11 Beləcə,   Haman   xalatı   və   atı   götürdü,
libası   Mordokaya   geyindirdi   və   onu   ata
mindirdi. Şəhər meydanından keçərək car
çəkib dedi: «Padşahın şərəfə layiq görmək
istədiyi hər şəxsə belə ediləcək».
12 Sonra Mordokay saraya qayıtdı. Haman
isə   həyəcan   içində,   başını   örtərək   tələsik
evinə   qayıtdı.   13 Haman   başına   gələnləri
arvadı   Zereşə   və   dostlarına   danışdı.
Dostları   və   arvadı   ona   dedilər:   «Əgər
Mordokay   Yəhudi   tayfasındandırsa,   sən
onun   önündə   alçalmağa   başlayırsan.
Yıxıldığın   zaman   düşüb   qalacaqsan.   Sən
ondan əvəz çıxmağa qadir olmayacaqsan,
çünki var olan Allah onunladır». 14 Onlar
hələ   danışarkən   xacələr   gəlib   Hamanı
Esterin   hazırladığı   şərab   məclisinə
apardılar.
7

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin