Haman Esterin ziyafətində 1 Padşah və Haman mələkə ilə şərab içmək
üçün içəri daxil oldular. 2 İkinci gün olan
şərab məclisində də padşah Esterdən
soruşdu: «İstəyin nədir, mələkə Ester?»
Sənin xahişin və təmənnan nədir?
Padşahlığımın yarısı belə, istəsən, səninki
olar.
3 O cavab verib dedi: «Əgər padşahın
gözündə lütf tapmışamsa, xahişim öz
həyatımın, təmənnam da xalqımın
həyatının bağışlanması olsun. 4 Çünki mən
və mənim xalqım məhv edilməyə,
ovlanmağa, özümüz də, uşaqlarımız da qul
və kəniz kimi köləliyə verilməyə təslim
edilmişik, bununla belə, mən sakit
qalmışdım. Belə ki, böhtançı padşah
sarayına layiq deyil». 5 Onda padşah
soruşdu: «Bu işi görməyə cəsarət edən
adam kimdir?» 6 Ester dedi: «O adam
düşməndir! Bu şər olan kəs Hamandır!»
Onda Haman padşahın və mələkənin
əlindən vahiməyə düşdü. 7 Padşah
məclisdən qalxıb bağçaya daxil oldu.
Haman isə mələkəyə yalvarırdı, çünki
özünün pis vəziyyətdə olduğunu görürdü.
8 Sonra padşah bağçadan qayıtdı. Bu
zaman Haman mələkəyə yalvararaq
mələkənin uzandığı kürsünün üzərinə
yıxılmışdı. Padşah dedi: «Beləcə, sən
mənim evimdə arvadımı hətta zorlamaq
istəyirsən». Haman bunu eşidəndə üzünü
örtdü. 9 Sonra padşahı müşayiət edən
xacələrdən biri olan Xarvona dedi: «Budur,
Haman hətta padşahın xeyrinə danışan
Mordokay üçün bir dirək də hazırlayıb.
Əlli qulac hündürlüyündə olan dirək
Hamanın evində dikəldilmışdir». Padşah
dedi: «Qoy onun üzərində çarmıxa
çəkilsin».
10 Beləcə, Haman Mordokay üçün
hazırladığı dirəkdən asıldı, onda padşahın
qəzəbi soyudu.