ona söyləmişdi ki, Mordokay asılsın,
amma Yəhudilər üçün hazırladığı fitnə
onun öz başına gəldi, həm özü, həm də
övladları asıldı; 26 buna görə də bu
günlərə Purim deyilir, bu, püşkə görədir ki,
onların dilində Purim adlanır. Bu məktuba,
çəkdikləri əzablara və başlarına gələnlərə
görə onlar Mordokayın dediklərini qəbul
etdilər. 27 Mordokay bunları təsis etdi,
Yəhudilər də özləri, nəsilləri və onlara
qoşulanlar üçün qəbul etdilər; şübhəsiz,
başqa cür edə bilməzdilər. Bu günlər şəhər,
ailə və ölkə tərəfindən nəsildən-nəslə
saxlanan xatirədir. 28 Bundan belə, bu
Purim günləri bütün dövrlər boyu qeyd
olunacaq, onun xatirəsi xalqın nəsilləri
arasında heç vaxt bitib qurtarmayacaq.
29 Aminadavın qızı mələkə Ester və
Yəhudi Mordokay etdikləri bütün işlər və
Purimə dair məktubun təsdiqi barədə
yazdılar. 30 f 31 Mordokay və mələkə
Ester bu şeyləri öz təşəbbüsləri ilə təsis
etdilər və öz məsuliyyət və ideyaları ilə
təsis etdilər. 32 Ester bu mövzunu fərmanla
əbədi olaraq müəyyən etdi və xatirə olaraq
yazdı.
----------------------------------------------------
d E fəsli 1-12 ayələrini də əhatə edir».
eYunan mətnində 5-ci ayə yoxdur.
f3-cü fəsil «B» fəslindən sonra davam edir.
Yunan E mətnində 30-cu ayə yoxdur.
10
Dostları ilə paylaş: