Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə51/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   47   48   49   50   51   52   53   54   ...   304
Barux

Kitabın məzmunu:
1:1–2:70 Çətinliklər və Mattatiyanın üsyanı
3:1–9:22 Yəhudada Makkabinin rəhbərliyi
9:23–12:53 Yonatanın rəhbərliyi
13:1–16:24 Şimonun rəhbərliyi
1
Böyük İsgəndər
1 Belə   oldu   ki,   Kittim   torpağından   gələn
Makedoniyalı Filip oğlu İsgəndər Farsların
və   Midiyalıların   padşahı   Daranı   məğlub
etdi.   Bundan   sonra   onun   yerinə   padşah
oldu; əvvəlcə Yunanıstan üzərində padşah
olmuşdu.   2 O,   çoxlu   müharibələr   apardı,
möhkəm qalaları zəbt etdi və yer üzünün
padşahlarını öldürdü. 3 Beləcə, yer üzünün
hüdudlarına   qədər   gedib   çoxlu   millətdən
qənimət əldə etdi. Dünya onun önündə aciz
qaldı;   onda   o   qürurlandı   və   ürəyi
məğrurluqla doldu. 4 O, çox güclü qoşun
topladı, ölkələri, millətləri və hökmranları
özünə tabe etdirib onlardan xərac almağa
başladı. 5 Bunlardan sonra İsgəndər yatağa
düşdü   və   öləcəyini   hiss   etdi.
6 Cavanlığından bəri onunla birgə böyüyən
adlı-sanlı xidmətçilərini çağırdı və hələ sağ
ikən   öz   padşahlığını   onların   arasında
böldü.   7 İsgəndər   on   iki   il   padşahlıq
etdikdən   sonra   öldü.   8 Onun   xidmətçiləri
hər biri öz torpağını idarə etməyə başladı.
9 İsgəndər   öləndən   sonra   onların   hamısı
başına tac qoydu. Onlardan sonra oğulları
da   uzun   illər   boyu   belə   etdilər   və   yer
üzündə pisliyi artırdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin