Antiox Epifanın dövründə Yəhudilərin yoldan azması 10 Onların arasından günahın kökü olan
bir adam meydana çıxdı: bu, padşah
Antioxun oğlu Antiox Epifan idi; o, bir
zaman Romada girov kimi yaşamışdı. O,
Yunan padşahlığının yüz otuz yeddinci
ilində
a
padşah oldu. 11 Həmin günlərdə
İsrailin arasından qanuna zidd davranan
adamlar çıxdılar. Onlar çoxlarını
inandıraraq
deyirdilər:
«Gəlin,
ətrafımızdakı başqa millətlərlə ittifaq
yaradaq, çünki onlardan ayrılandan bəri
çoxlu bəlaya düçar olduq». 12 Bu sözlər
adamların gözündə xoş göründü.
13 Xalqdan bəzisi buna həvəs göstərib
padşah Antiox Epifanın yanına yollandı. O
da onlara bütpərəst adətinə riayət etmək
səlahiyyətini verdi. 14 Yerusəlimdə
bütpərəst adətinə uyğun idman kompleksi
düzəltdilər. 15 Onlar özlərini sünnətsiz
edib müqəddəs əhdi tərk etdilər.
50
Bütpərəstlərlə birləşib şər işlərlə məşğul
olmağa başladılar.